Modern.az

Bakı Olimpiya Stadionunda “ƏN Yeni il” adlı konserti  

Bakı Olimpiya Stadionunda “ƏN Yeni il” adlı konserti  

Aktual

31 Dekabr 2016, 21:42

Bakı Olimpiya Stadionunda (BOS) “ƏN Yeni il” adlı konsert proqramı başlayıb. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, konsert proqramında əvvəlcə Türkiyə estradasının ulduzları Demet Akalın, Murat Dalkılıç, Aleyna Tilki çıxıb. Hazırda konsert proqramı davam edir. Konsertdə Türkiyənin digər məşhur müğənniləri - Hadsə, Emrah Karaduman, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre, eləcə də Mahmut Orhan, həmçinin yerli ulduzlar Röya və Miri Yusif çıxış edəcəklər

Şou-proqram atəşfəşanlıq və diskoteka ilə davam edəcək.

Xatırladaq ki, konsertdə “AAAF Park” Yaşayış kompleksindən mənzil, “SEAT Baku” Mərkəzindən 2 avtomobil və “HELL Azərbaycan” şirkəti tərəfindən təqdim edilən iki nəfərlik Macarıstan səyahəti də uduş fondu olaraq lotoreya vasitəsi ilə öz sahiblərini tapacaq.

Qeyd edək ki, tədbirin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyidir. Sponsorlar isə AAAF Park Yaşayış Kompleksi, “High Boost”, “Seat”, “Baku Entertainment Factory”, “Hell” və Iticket.az saytıdır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir