Modern.az

XİN: terror aktında iki Azərbaycan vətəndaşı yaralanıb (YENİLƏNİB)  

XİN: terror aktında iki Azərbaycan vətəndaşı yaralanıb (YENİLƏNİB)   

1 Yanvar 2017, 12:45

İstanbulda törədilmiş terror aktında iki Azərbaycan vətəndaşı yaralanıb.

 

Modern.az xəbər verir ki, bunu APA-nın sorğusunu cavablandıran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, İstanbulda baş vermiş terror aktı nəticəsində Azərbaycan vətəndaşı olan bir kişinin də yaralanması barədə məlumat daxil olub.

 

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu həmin şəxsin kimliyini araşdırır və Türkiyənin müvafiq qurumları ilə təmasları davam etdirir.

 

H. Hacıyev deyib ki, hadisə zamanı xəsarət almış qadının vəziyyəti qənaətbəxş sayılıb və o, xəstəxanadan buraxılıb. 

 

Xatırladaq ki, bundan öncə Xarici İşlər Nazirliyi APA-nın sorğusuna cavab olaraq İstanbulda törədilmiş terror aktında yaralananlar arasında Azərbaycan vətəndaşı olan bir qadının olduğunu açıqlamışdı. 

 

Qeyd edək ki, bu gecə yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində Santa Klaus geyimli naməlum silahlı  İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq,  girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən  600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.

 

****

 

11:18

İstanbulda törədilmiş terror aktında bir nəfər Azərbaycan vətəndaşı olan qadının olması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki,bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

H. Hacıyev deyib ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu həmin şəxsin kimliyini araşdırır və Türkiyənin müvafiq qurumları ilə təmasları davam etdirir. 

 

İstanbulda törədilmiş terror aktında ölən və yaralananlar arasında  Azərbaycan Respublikasının vətəndaşlarının olub-olması faktı Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən Türkiyənin müvafiq dövlət orqanları ilə araşdırılır. 

 

Qeyd edək ki, bu gecə yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində Santa Klaus geyimli naməlum silahlı  İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq,  girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən  600-dək insan olub.  Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir