Modern.az

İstanbulda terror zamanı yaralanan azərbaycanlılar evə buraxılıb

İstanbulda terror zamanı yaralanan azərbaycanlılar evə buraxılıb

1 Yanvar 2017, 15:20

Reina terror aktında yaralanan azərbaycanlıların hər ikisinin vəziyyətinin yaxşı olduğu deyilir.

Modern.az-ın “Turkaznews.com”-a istinadən əldə etdiyi məlumata görə yaralanan qadına ambulator yardım göstərilib və evə buraxılıb.

Digər yaralanan şəxsin isə vəziyyətinin yaxşı olduğu, lakin müailəcəsinin davam etdiyi bildirilib.

Azərbaycan İstanbuldakı konsulluğu İcra Hakimiyyətindən mütəmadi məlumat alır. Konsulluq əməkdaşları yaralanan azərbaycanlılarla artıq görüşüblər.

Ölənlər arasında Azərbaycan vətəndaşının olub-olmadığı dəqiqləşdirilməyib. Verilən məlumata görə ölənlərin əksəriyyətinin üstündə şəxsiyyəti təsdiq edən sənəd tapılmayıb.

Qeyd ədək ki, hadisə ilə bağlı İstanbul baş konsulluğunda qaynar xətt yaradılıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır