Modern.az

Rusiya diplomatları ABŞ-dan çıxdı

Rusiya diplomatları ABŞ-dan çıxdı

1 Yanvar 2017, 20:23

ABŞ administrasiyası tərəfindən bu ölkədən çıxarılmış Rusiya diplomatlarını daşıyan təyyarə paytaxt Vaşinqtondan səmaya qalxıb.  Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının bu  ölkədəki səfirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, diplomatların olduğu təyyarə səmaya qalxmazdan əvvəl ekipaj komandiri diplomatların Moskvaya istiqamət alan uşaqlarının Kremldə Yolka şənliyinə dəvət edildiklərini elan edib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Rusiyanın bir sıra diplomatlarına, Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyində təmsil olunan şəxslərə, habelə digər rəsmi və fiziki şəxslərə, müəssisələrə qarşı sanksiyaları tətbiq edib. Onlar ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilə etməkdə və Rusiyada işləyən Amerika diplomatlarına təzyiq göstərməkdə ittiham edilirlər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir