Modern.az

Bakıda səfirlik əməkdaşı qarət edilib

Bakıda səfirlik əməkdaşı qarət edilib

1 Yanvar 2017, 21:28

Bakının Xətai rayonda oğurluq hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, Teleqraf.com-un məlumatına görə, hadisə Nobel prospekti ərazisində qeydə alınıb. Həmin ünvanda Küveyt vətəndaşı Abdullah Alhubaidahın içərisində 9645 manat, 500 ABŞ dolları, sənəd, 6 ədəd bankomat kartı, qələm və diplomatik vəsiqəsi olan çantası oğurlanıb.

 

Abdullah Alhubaidahın oğurluq hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə müraciət edib.

 

Polis əməkdaşları tərəfindən oğurluğun Bakı şəhər sakini Əkbər Nəbiyev tərəfindən törədildiyi müəyyən edilib.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Nəbiyev tutulub.

 

Abdullah Alhubaidah Küveytin Azərbaycandakı səfirliyində çalışdığı bildirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?