Modern.az

İstanbuldakı terrorda yaralanan azərbaycanlıların kimliyi bilindi

İstanbuldakı terrorda yaralanan azərbaycanlıların kimliyi bilindi

1 Yanvar 2017, 23:16

İstanbulda törədilən terror aktında yaralanan Azərbaycan vətəndaşlarının kimliyi məlum olub. Modern.az saytı xəbər verir ki, APA-nın Türkiyə müxbirinin əldə etdiyi məlumata görə, yaralanan şəxslər Rəşad Vəliyev və Günel Həsənovadır.

 

Onların xəstəxanada müalicəsi davam etdirilir.

 

Qeyd edək ki, yanvarın 1-də yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq,  girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən  600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi