Modern.az

Bakıda bir mənzildə 5 Kamerun vətəndaşı ölü tapıldı

Bakıda bir mənzildə 5 Kamerun vətəndaşı ölü tapıldı

1 Yanvar 2017, 23:59

Bakıda mənzildə 5 nəfərin meyiti aşkarlanıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Bakının Yasamal rayonunda qeydə alınıb. Belə ki, nazirliyə rayon ərazisindəki mənzillərdən birində 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan Kamerun Respublikasının vətəndaşları olan 5 nəfərin cəsədlərini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir