Modern.az

BMT-nin yeni baş katibindən sülh çağırışı

BMT-nin yeni baş katibindən sülh çağırışı

2 Yanvar 2017, 00:58

BMT-nin yeni baş katibi seçilmiş Antoniu Qutteriş bu gündən etibarən beynəlxalq təşkilatın rəhbəri səlahiyyətlərinin icrasına başlayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Portuqaliyanın sabiq baş naziri beynəlxalq təşkilatın rəhbəri kimi ilk çıxışını edib.

Antoniu Qutteriş bildirib ki, dünyada sülhün təmin edilməsi və silahlı münaqişələrin qarşısının alınması onun üçün prioritet olacaq.

Baş katib hökumətləri və xalqları sülh uğrunda mübarizə aparmağa çağırıb: “Sülh bizim hədəfimiz, yol göstərən ulduzumuz olmalıdır. Mən hamınızı mənimlə birlikdə bu gün və həmişə sülh uğrunda mübarizə aparmaq üçün öhdəlik götürməyə çağırıram. Qoy 207-ci il sülh ili olsun!”.

 

Qeyd edək ki, o, bu vəzifəyə 5 il müddətinə seçilib. Antoniu Qutteriş 2021-ci ilin 31 dekabrına qədər BMT-nin baş katibi vəzifəsinin səlahiyyətlərini icra edəcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir