Modern.az

Bayram günlərində təcili yardıma 2800 müraciət olub

Bayram günlərində təcili yardıma 2800 müraciət olub

2 Yanvar 2017, 11:22

Yeni il bayramı günlərində Azərbaycan Səhiyyə Nazirliyinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərin sayı adi günlər üzrə müraciətlərin ümumi orta səviyyəsindən 25 faiz çox olub.

 

Stansiyadan Modern.az-a verilən məlumata görə, bayram günlərində, yəni 2016-cı il 31 dekabr və 2017-ci il 1 yanvar tarixlərində müraciətlərin sayı 2500-dən çox olub. Müraciətlər, əsasən, ürək-damar xəstəlikləri, qızdırma ilə bağlı olub.

 

Bildirilib ki, adi günlərdə müraciətlərin sayı 2000-ə yaxın olur.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər