Modern.az

SOCAR qaz kəmərindəki partlayışla bağlı açıqlama verdi

SOCAR qaz kəmərindəki partlayışla bağlı açıqlama verdi

2 Yanvar 2017, 12:30

Səngəçaldakı magistral qaz kəmərində təmir işləri davam etdirilir.

 

Modern.az SOCAR-ın saytına istinadən məlumat verir ki, Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş vermiş qəzanın aradan qaldırılması istiqamətində təmir işləri davam etdirilir.

Qəza baş vermiş kəmərin istismara buraxılması üçün aparılan yoxlama işləri zamanı yeni nöqsan aşkar edilib. Yoxlama-sınaq işləri müvəqqəti olaraq dayandırılıb.

 

Hazırda yeni nöqsanın aradan qaldırılması istiqamətində işləri davam etdirilir.

Bu işlərin həyata keçirilməsinin sənaye və əhali abunəçilərinin qaz təminatına heç bir təsiri olmayacaq.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir