Modern.az

Hindistan əhalisi iki günə 4 ton qızıl alıb

Hindistan əhalisi iki günə 4 ton qızıl alıb

Dünya

2 Yanvar 2017, 20:42

Hindistanda pul islahatlarının başlanması barədə hökumətin qərarı əhalini təşvişə salıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, son 48 saat ərzində əhali qızıl dükanlarına baş vuraraq qızıl almağa cəhd edir.

Məlumata görə, Nyu-Dehli şəhərində yerləşən yalnız bir mağazadan gün ərzində 700-ə yaxın müştəri ümumilikdə 45 kiloqram qızıl alıb.

 

Mənbənin bildirdiyinə görə, bu üsulla əhali əlində olan köhnə pul əskinaslarından qurtulmaq və özünü denominasiya nəticəsində baş verə biləcək hər hansı maliyyə böhranından qorumaq istəyir. Ümumilikdə, 2 gün ərzində 4 tona yaxın qızıl alındığı bildirilir.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!