Modern.az

Terrorist gecə klubundan belə çıxdı - VİDEO, FOTO  

Terrorist gecə klubundan belə çıxdı - VİDEO, FOTO   

2 Yanvar 2017, 23:16

İstanbulda yeni il gecəsi törədilən terrorla bağlı daha 4 nəfər saxlanılıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bununla da hadisə ilə bağlı saxlanılanların sayı 12 nəfərə çatıb. İstanbul baş polis idarəsinin terrorla mübarizə şöbəsinə aparılan şübhəlilər burada ifadə veriblər. 

Bu arada terror həyata keçirən şəxsin yeni görüntüləri yayılıb. 

Musavat.com-un məlumatına görə, terrorçunun əyləncə məkanından çıxıb qaçdığı anlar kameralara yansıyıb. Videodan görünür ki, terrorçu əvvəlcə bir taksiya minib hadisə yerindən uzaqlaşır. Daha sonra sürücü ilə mübahisə edən terrorçunun maşından düşərək başqa bir taksiyə mindiyi görünür. 

Qeyd edək ki,  yeni il gecəsi İstanbulda gecə klubuna daxil olan şəxs insanlara atəş açıb. Nəticədə 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?