Bağdadda İraq muftisinə qarşı sui-qəsd cəhdi olub. Modern.az saytı xəbər verir ki, Mahdi əs-Sümedayinin korteji məscid ərazisindən çıxan zaman minalanmış avtomobil partladılıb.
Məlumata görə, Mahdi əs-Sümedayi insidentdən sonra dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti barədə əlavə məlumat verilmir.
Modern.az