Modern.az

Ermənistanın HƏYASIZLIĞI: Azərbaycan əsgərinin meyiti niyə qaytarılmır? – RƏSMİ

Ermənistanın HƏYASIZLIĞI: Azərbaycan əsgərinin meyiti niyə qaytarılmır? – RƏSMİ

3 Yanvar 2017, 11:40

Ermənistan Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı prosedurun başlanma vaxtını qəsdən uzadır.

 

Bu barədə Modern.az-a Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər.

 

Qurumdan bildirilib ki, Ermənistanın rəsmi orqanları Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması məqsədilə müvafiq beynəlxalq qurumların təkidli müraciətlərinə cavab verməkdən imtina edir.

 

Qeyd olunub ki, qarşı tərəf konkret olaraq heç bir əsas və dəlil gətirmədən, müxtəlif bəhanələrlə meyitin geri qaytarılması ilə bağlı prosedurun başlanma vaxtını qəsdən uzadır:

 

"Təəssüflər olsun ki, hətta beynəlxalq vasitəçilər Ermənistanın bu qeyri-humanist hərəkətinə hələlik heç bir təsir göstərə bilmirlər.

 

Bununla belə, tərəfimizdən aidiyyəti dövlət təşkilatları və beynəlxalq qurumlarla birlikdə bu istiqamətdə tədbirlər davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək".

 

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər