Modern.az

Milli Məclis 2017-ci ilin ilk iclasına bu tarixdə TOPLANACAQ

Milli Məclis 2017-ci ilin ilk iclasına bu tarixdə TOPLANACAQ

3 Yanvar 2017, 12:18

Milli Məclisin yaz sessiyasının ilk iclası fevral ayının 1-də öz işinə başlayacaq. Modern.az saytının məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılırlar.

 

Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıla da bilər. Bu zaman parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır. Bununla da, deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

 

Tətil bitdikdən sonra Milli Məclisin komitələri işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirir.

 

Qanunvericiliyə uyğun olaraq, yaz sessiyası isə fevralın 1-dən mayın 31-dək qədər davam edir.

 

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

 

Aqşin Kərimov

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub