Modern.az

Azərbaycanda "donuz qripi"nə yoluxanların sayı artdı

Azərbaycanda  "donuz qripi"nə yoluxanların sayı artdı

5 Noyabr 2009, 18:35

Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, noyabrın 5-də  Azərbaycanda daha iki nəfərdə A(H1N1) virusuna yoluxma faktı qeydə alınıb. Onlardan biri iki gün öncə Ukraynanın İvanovo-Frankovsk vilayətindən gələn A(H1N1) virusuna yoluxmuş azərbaycanlı xəstənin qohumudur. O, həmin xəstə ilə təmasda olduğu üçün virusa yoluxub. Modern.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, həmin xəstə də Elmi-tədqiqat Ağciyər Xəstəlikləri institutunda müalicə alır. Onun vəziyyəti kafidir.
Digər xəstə noyabr ayının əvvəlində Ukraynadan gələn Azərbaycan vətəndaşıdır. Xəstənin vəziyyəti kafidir, ambulator şəraitdə müalicə alır.
Xatırladaq ki, noyabrın 5-dək Azərbaycanda 1 nəfər "donuz qripi"nə yoluxmuş xəstə var idi. Kürdəmir rayonundan olan həmin qadın Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilib və həkimlərin nəzarəti altında müalicə kursu keçir.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir