Modern.az

Terrorçu olduğu bildirilən qırğız danışdı - FOTO

Terrorçu olduğu bildirilən qırğız danışdı - FOTO

3 Yanvar 2017, 20:16

Bu gün sosial mediada Lakhe Maşrapov adlı qırğızın İstanbulda "Reina" terrorunu törətdiyi barədə məlumatlar yayılıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, o, terrorçuya bənzədiyinə görə İstanbulda nəzarətə götürülüb. Bir saatlıq sorğudan sonra isə sərbəst buraxılıb.

Bu gün sosial şəbəkələrdə fotosu yayılan milliyyətcə qırğız olan şəxs isə Bişkekdə yaşayır. O, bu gün İstanbuldan Bişkekə gəlib. Terrorçuya oxşadığına görə, onu Atatürk Hava Limanında saxlayıblar. Bir saat sonra isə üzrxahlıq edilərək azadlığa buraxılıb.

“Onlar məni bir saatadək dindirdilər, bu səbəbdən reys bir saat yubanıb. Polislər dindirilmənin Yeni il gecəsi terror aktı ilə bağlı olduğunu,  mənim fotodakı cinayətkara bir az oxşadığımı bildirdilər. Sonra məndən üzr istəyərək, təyyarəyə mindirdilər”, -deyə L. Maşrapov bildirib.

L. Maşrapovun sözlərinə görə, o, dekabrın 31-də Qırğızıstan ərazisində olub və terror aktı ilə heç cür əlaqəli ola bilməz. Onun sözlərinə  görə, pasportunun sürətinin sosial şəbəkələrdə hansı yolla yayılmasından xəbərsizdir.

Qeyd edək ki, L.Maşrapov ticarət üçün 2011-ci ildən Türkiyəyə mütəmadi olaraq gedib-gəldiyini bildirib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir