Modern.az

BƏƏ vətəndaşlarını Türkiyəyə getməkdən çəkinməyə çağırdı

BƏƏ vətəndaşlarını Türkiyəyə getməkdən çəkinməyə çağırdı

3 Yanvar 2017, 21:27

Birləşmiş Ərəb Əmirliyi öz vətəndaşlarını Türkiyəyə səfərə getməkdən imtina etməyə, əvvəldən planlaşdırılmış səfərləri isə "növbəti xəbərdarlığa qədər" təxirə salmağa çağırıb. Modern.az saytı xəbər verir ki, bu barədə ərəb ölkəsinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, yanvarın 1-nə keçən gecə İstanbulda törədilən terror aktı nəticəsində 39 nəfər qətlə yetirilib. Ölənlər arasında bir Azərbaycan əsilli Rusiya vətəndaşı da olub.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər