Modern.az

Santa-Klaus mağazanı qarət edib

Santa-Klaus mağazanı qarət edib

Dünya

3 Yanvar 2017, 21:55

Batumidə Santa-Klaus kostyumu geyinən bir nəfər şəhərin mərkəzində yerləşən mağazadan 15 min dollarlıq oğurluq edib. Modern.az saytı xəbər verir ki, AzNews.az-ın məlumatına görə, oğru yeni il gecəsi şəhərin mərkəzində yerləşən türk supermarketinə soxulub.

 

Şahidlərin sözlərinə görə, yeni il gecəsi Santa-Klaus geyimli şəxs mağaza bağlı olsa da, bayram təbriki bəhanəsiylə zorla mağazaya daxil olub. O, əvvəlcə təbriklərini çatdırıb, daha sonra odlu silah vasitəsilə mağazadakıları hədələyib. Nəticədə, 15 min dollarlıq qənimətlə mağazadan qaçaraq uzaqlaşıb.

 

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi açılsa da, oğru hələ yaxalanmayıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı