Modern.az

İki yaşlı oğlan qardaşını ölümdən xilas edib - VİDEO

İki yaşlı oğlan qardaşını ölümdən xilas edib - VİDEO

3 Yanvar 2017, 22:54

Sosial şəbəkələrdə paylaşılan bir video sosial şəbəkə istifadəçilərini heyərtləndirib. İzləyən hər kəs vidodakı balacanın qəhrəmanlığından danışır. Modern.az saytı xəbər verir ki, Moderator.az-ın məlumatına görə, sözügedən video ABŞ-da lentə alınıb. Videodan aydın görünür ki, ikiazyaşlı əkiz oğlanlar evdə təkdirlər. Əkizlər oynayarkən ehtiyatsızlıq edərək otaqdakı paltar şkafını aşırırlar. Qardaşların bir tayı şkafın altından xilas ola bilsə də, digəri şkafın altında qalır, nə qədər çalışsa da oradan çıxa bilmir. Qardaşının köməyinə əkizlərin ikinci tayı yetişir. Qardaşının düşdüyü vəziyyətə bir neçə saniyə tamaşa edən balaca daha sonra əkiz tayını xilas etməyı çalışır. O, əvvəlcə şkafı qaldırmağa çalışır, ancaq ağır olduğunu görüb dərhal bu fikrindən vaz keçir. Ancaq bu onu ruhdan salmır və çevikliklə şkafı kənara itələməyə başlayır. Beləcə paltar şkafını kənara itələyərək qardaşının üzərindən kənarlaşdıran iki yaşlı balaca əkiz tayının həyatını xilas etməyi bacarır.

 

Qeyd edək ki, video görüntü sosial şəbəkədə əkizlərin ailəsi tərəfindən yayımlanıb. Ailə bildirib ki, ananın evin ikinci mərtəbəsində olduğu zaman iki yaşındakı Brock Shoff əkiz qardaşı Bowdy ilə birlikdə otağında oyun oynadığı zaman şkaf Brockun üstünə aşıb. Əkiz qardaşını şfonerin altından xilas edən Bowdyinin qəhrəmanlığını evdəki kamera qeydə alıb.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı