Modern.az

Beş ölkə BMT TŞ-nin müvəqqəti üzvləri siyahısına daxil olub

Beş ölkə BMT TŞ-nin müvəqqəti üzvləri siyahısına daxil olub

3 Yanvar 2017, 23:28

Boliviya, Efiopiya, İtaliya, Qazaxıstan və İsveç BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvləri siyahısına daxil olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, onların səlahiyyət müddəti iki ildir.

Maraqlıdır ki, İsveç quruma daxil olan kimi Təhlükəsizlik Şurasının sədri postunda yer alıb.

BMT TŞ təşkilatın 15 üzvündən ibarətdir. Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa Təhlükəsizlik Şurasının daimi üzvləridir. Daha 10 qeyri-daimi üzv Baş Assambleya tərəfindən iki il müddətinə seçilir. Hər il 10 qeyri-daimi üzvdən beşi əvəzlənir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir