25 mart 2017, Şənbə
Ana Səhifə - İQTİSADİYYAT - “Qara bazar”da 1 dollar 1 manat 90 qəpikdən bahadır
“Qara bazar”da 1 dollar 1 manat 90 qəpikdən bahadır
04.01.2017, 13:04

“Azərbaycan Mərkəzi Bankı bu ildə də sərt pul-kredit siyasətini davam etdiricəyini bəyan edib. Bu isə o deməkdir ki, baş bank manat bazasını məhdudlaşdırmaqla dollara olan tələbi azaltmağa çalışacaq. Amma neftin dünya bazar qiymətinin azalmasından bəri həyata keçirilən sərt-pul kredit siyasəti manatın məzənnəsinin stabilləşməsinə gətirib çıxarmamasına baxmayaraq Mərkəzi Bank təəssüf ki, hələlik başqa metodlardan istifadə etməyə meyilli görsənmir. Baxmayaraq ki, Mərkəzi Bank hələ 2014-cü ildə məzənnə siyasətinə korreksiyalar edib post-neft dövrünün çağrışlarına uyğunlaşdırmalı idi”.



Modern.az saytı xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov Azərbaycandakı pul-kredit siyasəti ilə bağlı şərhində bildirib.

 

Ekspertin sözlərinə görə, MDB-nin neft ixrac edən ölkələrindəki mövcud vəziyyətinin müqayisəsi göstərir ki, Azərbaycan Mərkəzi Bankın milli valyutanın məzənnəsinin optimallaşdırılması ilə bağlı fəaliyyəti uğurlu olmayıb.

“Belə ki, “Bloomberg” agentliyinin məlumatları göstərir ki, Rusiya və Qazaxıstan milli valyutalarının stabilləşdirilməsi ilə bağlı cari hədəflərə nail ola bilsələr də, Azərbaycan Mərkəzi Bankı hələlik bu məqsədlərdən çox uzaq görsənir.

2016-ci ilin yanvarın əvvəlində 1 dollar almaq üçün 75 Rusiya rublu tələb edilirdisə, bu göstərici 2017-ci ilin yanvarında 61 rubladək dəyişib. Nəticədə ötən il Rusiya rublu dollara nisbətən 22 faiz dəyər qazanıb. Bununla da Şimal qonşumuzun valyutası 2016-cı ildə dünyada ən çox dəyər qazanan ilk 3 valyutadan biri olub. 2014-ci ilin iyununda 1 dollar 34 rubla dəyişdirildiyini nəzərə aldqıda, Rusiya milli valyutası dollara nisbətən neftin dünya bazar qiyməti aşağı düşəndən sonra 1.79 dəfə dəyər itirib (beynəlxalq metodologiya ilə isə 45 faiz)”.


V.Bayramov deyir ki, Qazaxıstanda da bu sahədəki vəziyyət Rusiya ilə oxşarlıq təşkil edir.

“2016-cı ilin yanvar ayının ortalarında 385 təngə 1 dollar idisə, 2017-ci ilin yanvar ayında 1 ABŞ pulu üçün 333 təngə ödənilir. Bu isə o deməkdir ki, Rusiyada olduğu kimi, Qazaxıstanda da milli valyuta dollara nisbətən ötən il 15 faiz bahalaşıb. 2014-ci ilin iyununda 1 dolların 183 təngə olduğunu nəzərə aldıqda, Qazaxıstan milli valyutası dollara nisbətən neftin dünya bazar qiyməti aşağı düşəndən sonra 1.81 dəfə dəyər itirib (beynəlxalq metodologiya ilə isə 45 faiz)”.


Ekspert xatırladıb ki, Azərbaycan manatının rəsmi kursu 2016-cı ilin yanvar ayında 1.55 idisə bu ilin yanvar ayında 1.80-ə çatıb.

“Müqayisələr “Bloomberg” agentliyinin məlumatına əsasən olduğu üçün “qara bazar” məzənnəsi nəzərə alınmayıb. Hal-hazırda “qara bazarda” 1 dollar 1 manat 90 qəpikdən bahadır. Bu isə o deməkdir ki, milli valyutamız ötən il dollara nisbətən 15 faiz ucuzlaşıb. 2014-ci ilin iyununda 0.78 qəpiyin 1 dollar olduğunu nəzərə aldıqda, manat dollara nisbətən neftin dünya bazar qiyməti aşağı düşəndən sonra 2.3 dəfə dəyər itirib (beynəlxalq metodologiya ilə isə 57 faiz).

Göründüyü kimi, ötən il Rusiya və Qazaxıstanda milli valyutalar iki rəqəmli faizlə dəyər qazandığı halda, bizim valyutamız ucuzlaşıb. Eyni zamanda, neftin dünya bazar qiyməti aşağı düşməyə başladıqdan sonra manat rubl və təngəyə nisbətən daha çox ucuzlaşıb. 2014-ci ilin ortalarında, neftin dünya bazar qiyməti aşağı düşməyə başlayan dövrdə hər 3 ölkənin ümumi iqtisadi vəziyyəti oxşar olub. Enerji resurslarının ixracda payı Azərbaycanda 90 faizdən, sözügedən 2 ölkədə isə 70 faizdən çox olub. Amma xarici borcun Ümumi Daxili Məhsuldakı payi kimi göstəricilərdə isə Azərbaycan bu ölkələr ilə daha yaxşı vəziyyətdə idi. Amma buna baxmayaraq, Rusiya və Qazaxıstandan fərqli olaraq Azərbaycan Mərkəzi Bankının çevik pul-kredit siyasəti həyata keçirə bilməməsi manatın hələ də bazar məzənnəsinin müəyyənləşdirilməsin gətirib çıxarmadı. Hələ də milli valyutamızın məzənnəsi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Nəticədə ötən müddətdə valyuta ehtiyatlarının 75 faizini itirərən baş bank 4 milyard dollarlıq pisxoloji hədd ilə üz-üzə qalıb. Əvvəllər də qeyd etdiyimiz kimi, Mərkəzi Bank cari tələb ödəməyə çalışaraq, kommunikasiya metodundan istifadə etməklə məzənnəsi siyasətini liberallaşdıraraq əks-dollarlaşma prosesinin başlanmasına nail olmalıdır. Əks-dollarlaşma prosesinin başlanılması real sektora sərmayələrin cəlb edilməsi baxımdan olduqca vacibdir. Təəssüf ki, Mərkəzi Bankın bu il üçün bəyan etdiyi sərt pul-kredit siyasəti sadəcə milli valyutaya inamsızlıq prosesinin uzadılmasına səbəb olacaq”.


Modern.az

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
25.03.2017, 00:56

XİN rəhbərləri Daşkənddə toplanır

25.03.2017, 00:33

Çörəyin çəkisi azaldı, qiyməti ucuzlaşdı – Video

25.03.2017, 00:17

İsveçrədə Türkiyə ilə bağlı istintaq  başladı

24.03.2017, 23:57

Rusiyada barıt zavodunda yanğın

24.03.2017, 23:40

Samvel Babayan 2 ay müddətinə həbs olunub

24.03.2017, 23:21

ABŞ İranla bağlı 30 şirkətə qarşı sanksiya tətbiq etdi

24.03.2017, 23:18

Yəməndə 4 min 773 mülki şəxs həyatını itirib

24.03.2017, 23:05

Aprel şəhidinin ailəsini sıxışdıran icra nümayəndəsi, SƏN KİMSƏN?!  

24.03.2017, 22:59

Prezidentin izlədiyi oyunda ölkəsi qalib gəldi

24.03.2017, 22:54

Böyük Britaniya Avropa Birliyinə 62 milyard dollar ödəməlidir

24.03.2017, 22:45

Almaniya milli komandası Bakıya gəlib

24.03.2017, 22:26

Rakkanın azad olunması əməliyyatına başlanılıb

24.03.2017, 22:12

Yaponiya güclü zəlzələdən silkələndi

24.03.2017, 21:55

Messiyə hökm oxunacaq

24.03.2017, 21:41

ABŞ-da iki qatar toqquşub

24.03.2017, 21:25

Neftçala sakini küllü miqdarda narkotiklə tutuldu

24.03.2017, 21:12

Terrorçu hava limanında özünü partladıb

24.03.2017, 20:56

Yanğın bir ailəni evsiz qoydu

24.03.2017, 20:37

Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

24.03.2017, 20:29

130 maşın toqquşdu: 1 ölü, 59 yaralı

24.03.2017, 20:16

“Rusiya Ermənistana hərbi karvan göndərməyib” – Rəsmi

24.03.2017, 20:02

Rus hərbçilərinə hücumu İŞİD törədib

24.03.2017, 18:34

Həsənağa Turabov şəxsiyyətini qoruyan kişi idi - XATİRƏ

24.03.2017, 18:21

İlham Əliyev Yunanıstan prezidentini təbrik edib

24.03.2017, 17:53

Misirin sabiq prezidenti 6 illik həbsdən sonra evə buraxılıb

24.03.2017, 17:49

Türkiyədə miqrant qayığı batdı, 11 nəfər boğuldu

24.03.2017, 17:31

85 yaşlı ziyalının Qarabağ istəyi  

24.03.2017, 16:58

Belarus II Avropa Oyunları üçün fəaliyyət planını təsdiq edib

24.03.2017, 16:36

Bakıda erməni malları satan mağaza ilə sayt arasında QALMAQAL

24.03.2017, 16:21

Saatlar irəli çəkilməyəcək - bunun hansı psoxoloji problemi olacaq...

24.03.2017, 16:08

Hansı ali məktəb daha yaxşı təhsil verir? - SORĞU

24.03.2017, 15:29

Turan-İran, yoxsa Turan-Avropa qarşıdurması? - I yazı

24.03.2017, 15:10

Azərbaycanda eşşəklərin sayı niyə azalıb?..

24.03.2017, 15:05

Berti Foqts Bakıya gəlib

24.03.2017, 14:34

Nazir ön cəbhədə müdafiənin təşkilinu yoxladı - FOTO

ARXİV
SORĞU
Hansı ali məktəb daha yaxşı təhsil verir?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası(4.34%)
Azərbaycan Dövlət İqtisad Universiteti(8.69%)
Bakı Dövlət Universiteti(26.0%)
Bakı Ali Neft Məktəbi(4.34%)
Azərbaycan Dillər Universiteti(26.0%)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(0%)
Azərbaycan Texniki Universiteti(0%)
Azərbaycan Tibb Universiteti(0%)
Bakı Slavyan Universiteti(13.0%)
Azərbaycan Dövlət Pedaqoji Universiteti(17.3%)