Modern.az

Azərbaycanda 3 günün "yol terroru": 17 ölü, 27 yaralı  

Azərbaycanda 3 günün "yol terroru": 17 ölü, 27 yaralı   

Ölkə

4 Yanvar 2017, 14:41

Daxili İşlər Nazirliyi (DİN) 2017-ci ilin ilk üç günündə - yanvarın 1-3 arasında respublika ərazisində baş vermiş yol qəzaslarının statistikasını açıqlayıb.


DİN-dən Modern.az-a verilən məlumata görə, yanvarın 1-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 16 nəfər yaralanıb.


Yanvarın 2-də avtomobil yollarında baş verən 5 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yanvarın 3-də isə ölü və yaralı sayı daha çox olub. Belə ki, həmin gün respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 7 nəfər yaralanıb. 


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?