Modern.az

MHP-də ŞOK istefa - Atilla Qaya Dövlət Baxçalıya qarşı

MHP-də ŞOK istefa - Atilla Qaya Dövlət Baxçalıya qarşı

4 Yanvar 2017, 15:58

Türkiyənin ana müxalifət partiyalarından birində səs-küylü istefa baş verib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, İstanbul millət vəkili Atilla Kaya MHP-dəki vəzifəsindən istefa verib.

Atilla Qaya yazılı mətbuat açıqlamasında MHP başqanı Dövlət Baxçalının Konstitusiya dəyişikliyi təklifinə “hə” deyəcəyinə etiraz edib.

O, MHP-dəki vəzifəsindən istefa verməsinin əxlaqı bir zərurət halına gəldiyini vurğulayıb. Ülkücülüyə olan inancı, ağlı və vicdanının Konstitusiya dəyişikliyinə “yox” səsi verməsini əmr etdiyini bildirən A.Qaya ikiüzlü olmayacağını bəyan edib.


Xatırladaq ki, hakim AKP Türkiyə Konstitusiyasının dəyişdirilməsi ilə bağlı qanun layihəsi hazırlayıb. Sənəd Türkiyədə dövlət idaretmə sisteminin dəyişdirilməsini və parlament idarəetməsindən prezidentlik üsul-idarəsinə keçilməsini nəzərdə tutur.

Qanun layihəsi bu ilin əvvəlində parlamentin müzakirəsinə çıxarılacaq.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır