Modern.az

ABŞ-da qatar qəzasında 103 nəfər yaralanıb - YENİLƏNİB

ABŞ-da qatar qəzasında 103 nəfər yaralanıb - YENİLƏNİB

4 Yanvar 2017, 20:47

Nyu-Yorkun Bruklin rayonunda sərnişin qatarının relsdən çıxaraq qəzaya uğraması nəticəsində xəsarət alanların sayı dəqiqləşib.  Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 103 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların həyatına təhlükə olmadığı bildirilir. Hadisə yerində xilasetmə əməliyyatı davam edir. Məlumata görə, qəza baş verən an qatarda 600 sərnişin olub.

 

19:04

 

ABŞ-ın Nyu-York ştatının Bruklin rayonunda sərnişin qatarı relsdən çıxaraq aşıb. Son məlumata görə, hadisə nəticəsində 76 nəfər xəsarət alıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralıların sayının artacağı ehtimal olunur.

Hadisənin başvermə səbəbləri araşdırılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı