Modern.az

Türkiyədə İŞİD-lə əlaqəli daha 20 nəfər saxlanılıb

Türkiyədə İŞİD-lə əlaqəli daha 20 nəfər saxlanılıb

Dünya

4 Yanvar 2017, 20:27

Türkiyədə polisi İŞİD-lə əlaqədə şübhəli bilinən 20 nəfəri saxlayıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat İzmir vilayətində keçirilib. İŞİD tərəfdarlarının bura Konyadan gəldikləri bildirilir.

Polisin keçiirdiyi həbslərin Yeni il gecəsi İstanbulda baş vermiş terror aktı ilə əlaqədar olub-olmadığı açıqlanmır.

Qeyd edək ki, Türkiyə mediası İstanbuldakı terror aktı ilə əlaqədar 40 nəfərin saxlanıldığını açıqlayıb. Saxlanılanların əksəriyyətinin Orta Asiya əsilli şəxslərdir. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?