Modern.az

Gəncədə qadın abort zamanı ölüb

Gəncədə qadın abort zamanı ölüb

4 Yanvar 2017, 20:39

Gəncədə ölüm hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının ginekologiya şöbəsində qeydə alınıb. Goranboy rayon sakini, 1988-ci il təvəllüdlü Aslanova Gülşən Şəmsəddin qızı abort zamanı ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi