Modern.az

Səməd Seyidov Türkiyənin Atatürk Universitetinin rektoru ilə görüşüb

Səməd Seyidov Türkiyənin Atatürk Universitetinin rektoru ilə görüşüb

16 Mart 2011, 18:45

Martın 16-da ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Türkiyənin Atatürk Universitetinin rektoru professor Hikmet Koçak və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan rektor Səməd Seyidov ADU ilə Atatürk Universiteti arasında əlaqələrin qurulmasına hazır olduğunu söyləyib. Universitetin tarixinə nəzər salan rektor S.Seyidov əvvəllər institut kimi fəaliyyət göstərən Azərbaycan Dillər Universitetinin keçdiyi yoldan bəhs edib.

Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında mövcud olan fakültələr haqqqında da qonağa məlumat verdi. O, tədris olunan dillərlə yanaşı, ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq, həmçinin Tərcümə fakültəsinin fəaliyyəti haqqında da  danışıb. Universitetdə yaradılmış İnformasiya Resurs Kompleksinın fəaliyyətinə toxunan Səməd Seyidov bu strukturun Azərbaycan Respublikası Prezidentinin dəstəyi və maliyyə yardımı sayəsində açıldığını bildirib. Rektor bu nəhəng kompleksin ölkəmizdə yeganə olduğunu, təkcə universitet tələbələri üçün deyil, bütün respublika üçün xidmət göstərdiyini deyib. Səməd Seyidov bu kompleksdə yaradılan şərait nəticəsində dünya universitetləri ilə distant seminarların, dəyirmi masaların təşkil olunduğunu, həmçinin dərslərin aparıldığını deyib. Bu sahədə ADU-nun artıq təcrübə topladığını söyləyib. “Xüsusilə yeni texnalogiyaların tədrs sistemində tətbiqi ilə bağlı böyük işlər görülür.”-deyə o, vurğulayıb.  Distant təhsildən söz açan rektor Səməd Seyidov bir sıra ölkə universitetləri ilə müxtəlif seminarlar, dərslərin keçirildiyini bildirib. Ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Dillər Universitetinin Naxçıvan Universiteti ilə bu sahədə əməkdaşlığından danışıb.

Atatürk Universitetnin rektoru professor Hikmet Koçak rəhbəri olduğu ali təhsil oçağının 1954-cü ildə yaradıldığını bildirib. O, universitetdə ilk olaraq Ədəbiyyat fakültəsinin mövcud olduğunu  deyib. Rektor H.Koçak nəzərə çatdırıb ki, Atatürk Universitetində ümumilikdə 18 fakültə fəaliyyət göstərir, universitetin 43.000 tələbəsi və 23.000 distant təhsillə təhsil alan tələbəsi var. Nəzdində 7 institutun fəaliyyət göstərdiyi bu ali məktəbin 2500 əməkdaşı  var.

S.Seyidov distant tədris aparatının ölkəmizdə yalnız ADU, NDU və AMEA –da olduğunu deyb. ADU-nun Türkiyənin Hacettepe və Fransanın Strasburq (keçmiş Mark-Blok Universiteti) Universiteti ilə üçlük yaratdığını və bu istiqamətdə Tərcümə fakültəsində tam şəkildə islahatlar aparıldığını söyləyib. ADU-nun Böyük Britaniyanın Esseks Universiteti ilə əməkdaşlığından da söz açıb.

Görüşdə həmçinin ADU ilə Atatürk Univürsiteti arasında distant təhsillə bağlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Müəllimlərin distant tədrisə cəlb edilməsi istiqamətində işlərin aparılması haqda fikir mübadiləsi edilib.   

Hikmet Koçak Səməd Seyidovu bu ilin yayında Atatürk Universitetində keçiriləcək konfransa dəvət edərək bu səfərin hər iki universitetin əməkdaşlığının başlanğıcı olacağına əminliyini ifadə edib.

Sonra rektor Səməd Seyidov qonağa ADU-nun kataloqunu və Azərbaycanın xəritəsi əks olunmuş hədiyyəni təqdim edib. Hikmet Koçak isə həm Atatürk Universitetinin kataloqunu və universitetin gerbi əks olunmuş hədiyyəni S.Seyidova verib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir