Modern.az

İşsizlərə aylıq 560 avro verilən ölkə

İşsizlərə aylıq 560 avro verilən ölkə

4 Yanvar 2017, 21:37

Finlandiyada qəribə eksperiment start götürüb. Həmin eksperiment çərçivəsində işsizlərə aylıq 560 avro maaş veriləcək. Bu maaş zəmanətlidir, yəni heç bir halda azaldıla, yaxud kəsilə bilməz. Hələlik müavinət təsadüfi seçilmiş 2000 nəfərə verilir. Modern.az saytı xəbər verir ki, virtualaz.org-un məlumatına görə, işsizlər onlara verilən pulu hara xərclədikləri ilə bağlı hesabat verməyə borcu deyillər.

 

Eksperimentdə məqsəd yoxsulların və işsizlərin maliyyə çətinliklərinə görə əl atdıqları mənfi halların qarşısını almaqdır. “Maraqlıdır, pulun insanları necə hərəkət etdirəcəyini izləyəcəyik”, - ideya müəlliflərindən biri deyib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir