Modern.az

Tramp “Obamacare” islahatını ləğv edir

Tramp “Obamacare” islahatını ləğv edir

4 Yanvar 2017, 23:07

ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Maykl Pens veriləcək ilk qərardan danışıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki,  Tramp prezident postunda ilk olaraq Obamanın ABŞ səhiyyəsi ilə bağlı islahatını ləğv edəcək.

Maykl Pens daha sonra vurğulayıb ki, Tramp seçkiqabağı kampaniyanın gedişatında verilmiş bütün vədləri yerinə yetirəcək: “İlk olaraq “Obamacare” islahatı ləğv ediləcək. Yeni islahatda tibbi sığorta ucuzlaşdırılacaq”.

Barak Obamanın mətbuat katibi Coş Ernest isə bildirib ki, səhiyyə islahatının ləğvi ölkədə xaos yaradacaq: “İslahatı ləğv edənlər onun yaratdığı xaosa görə məsuliyyət daşıyacaq. “Obamacare”-nin ləğvi bütün ölkədə dağıdıcı fəsadlar törədəcək. İslahatın ləğvi ABŞ-da 22 milyon insanı səhiyyə sığortasından təcrid edəcək.Demokrat Partiyası bunu dəstəkləmir və dəstəkləməyəcək”.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır