30 may 2017, Çərşənbə
Ana Səhifə - TƏHSİL - Dövlət hesabına oxuyan tələbələrə də təhsil kreditləri verilə bilər
Dövlət hesabına oxuyan tələbələrə də təhsil kreditləri verilə bilər
05.01.2017, 09:20

Azərbaycanda ödənişsiz əsaslarla təhsil alan tələbələrə təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər verilə bilər.

 

"Maarifçi" Tələbə Kredit Fondundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ödənişsiz əsaslarla təhsil alan tələbələrə təhsil haqqı kreditləri istisna olmaqla, digər təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər də şamil oluna bilər.

 

Fonddan qeyd edilib ki, "Maarifçi" Tələbə Kredit Fondunun imkanları məhdud olduğundan və eyni zamanda bakalavrlar təhsil haqqı kreditinə daha çox ehtiyac duyduqlarından növbəti elan sessiyası zamanı bakalavr pilləsində təhsil alan tələbələr üçün kreditlərin ayrılması nəzərdə tutulur.

 

Fond tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. kimi ehtiyac və təyinata görə kreditlər təqdim etməyi planlaşdırır:

 

"Amma hazırda təhsil haqqı kreditləri daha prioritet hesab olunur. Çünki tələbat əsasən bu istiqamət üzrədir. Təxmin edirik ki, bu təyinat üzrə tələbələrin ehtiyacları növbəti illərdə kifayət qədər ödəniləcək və Fond digər istiqamətlərdə də kreditlərin təqdim olunması planını həyata keçirməyə başlayacaq. Amma hələlik digər kredit növləri üzrə şərtlər məlum deyil”.

 

Xatırladaq ki, hazırda bakalavr səviyyəsi üzrə ödənişli əsaslarla təhsil alan tələbələrə təhsil haqqının ödənilməsi üçün kreditlər verilir.

 

Tələbələrə kreditlər standart paket olaraq 8%-lə, güzəştli paket olaraq isə 6%-lə təklif olunur. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır. Fond tələbədən təhsil müddəti və güzəşt müddəti ərzində faiz borcunun ödənilməsini tələb etməyəcək. Bu müddət ərzində yığılan faiz borcu əsas məbləğə əlavə olunacaq. Tələbələr kreditləri tələbə təhsilini başa vurduqdan - işlə təmin olunduqdan sonra ödəməyə başlayacaqlar.

 

Kredit almaq üçün Fonda Azərbaycan vətəndaşı, yaşı 25-dək olan tələbə müraciət edə bilər. Tələbə ali məktəbi bitirdikdən, işlə təmin olunduqdan sonra təhsil haqqını ödəmək imkanı əldə edir. Güzəştli kredit ala biləcək tələbələr ailə başçısını itirmiş ailələrin övladları, sağlamlıq imkanları məhdud olan şəxslərdir.

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
30.05.2017, 13:20

Bakıda daha bir hərrac keçirildi

30.05.2017, 13:10

Əbülfəs Qarayev Xaçmazda vətəndaşlarla görüşüb

30.05.2017, 13:10

Ankara ilə Moskvanın “səmimi dostluğu” - Təbəssüm arxasında gizlənən ZİDDİYYƏTLƏR

30.05.2017, 12:57

2017-ci ildə Avropaya gələn miqrantların sayı açıqlandı

30.05.2017, 12:43

Mədəniyyət və Turizm Nazirliyindən turistlərə XƏBƏRDARLIQ

30.05.2017, 12:39

Sabahdan hava pisləşəcək - XƏBƏRDARLIQ

30.05.2017, 12:28

Putin, Makron və Qarabağ…

30.05.2017, 12:16

Polis leytenantı əlbəyaxa döyüşdə birinci yerə çıxdı

30.05.2017, 12:12

Bakıda kuryoz HADİSƏ: öz maşınının altında qalıb öldü

30.05.2017, 12:07

DİN anasını öldürən oğulla bağlı məlumat yaydı

30.05.2017, 12:03

İlham Əliyev "Statoil" şirkətinin icraçı vitse-prezidentini qəbul edib  

30.05.2017, 12:02

UNEC Avropa təhsil məkanına inteqrasiyanı genişləndirir

30.05.2017, 11:58

Quba məzarlığı ilə bağlı müşavirə nə vaxt keçiriləcək? - AÇIQLAMA

30.05.2017, 11:56

Keçmiş müstəntiqin kassasiya şikayətinə baxılacaq

30.05.2017, 11:55

ADU-da “Duanu” ənənəvi bayramı qeyd edildi

30.05.2017, 11:42

“Nə Əli Kərimlinin, nə də Razi Nurullayevin təşkilatı əsl cəbhədir”

30.05.2017, 11:40

Dərinizi belə qoruyun: Tarixi arayış - QNET-lə sağlamlığına nail ol!

30.05.2017, 11:22

11 bank sistemdən kənarlaşdırılıb, 5-i nəzarət altındadır

30.05.2017, 11:21

Moskvadakı qasırğada ölənlərin sayı 16-ya çatdı

30.05.2017, 11:15

Bu yerlərdə su olmayacaq – SİYAHI

30.05.2017, 11:11

Bakıda polis avtomobili ilə “Porshe” toqquşdu: bir polis öldü bir neçəsi yaralandı

30.05.2017, 10:56

Snayder Hollandiyanın tarixinə keçəcək

30.05.2017, 10:43

Gözəl Bayramlı ilə bağlı apellyasiya şikayəti verildi

30.05.2017, 10:39

Tərtər uşaqları ilə bağlı yeni təşəbbüs

30.05.2017, 10:36

Bakıda qadını soyan gənc saxlanıldı - FOTO

30.05.2017, 10:34

Elman Rüstəmov: “Manata heç bir təhlükə yoxdur”

30.05.2017, 10:03

Ermənistan cəbhədə təxribata ara vermir

30.05.2017, 10:01

Eks-diktator vəfat etdi

30.05.2017, 09:42

“İftardan öncə ehsan vermək, yemək-içmək məclislərində iştirak etmək günahdır”

30.05.2017, 09:40

ATƏT Ermənistanın dağıdıcılıq siyasətinin qarşısını almalıdır

30.05.2017, 09:09

3 geyim dükanı yandı

30.05.2017, 08:58

Şimali Koreya yenə ballistik raketi sınaqdan keçirdi

30.05.2017, 08:55

3 yaşınadək uşağını təkbaşına böyüdən kişiləri işdən çıxaranlar üçün cərimələr artırılır

30.05.2017, 08:51

Dolların bugünkü MƏZƏNNƏSİ

30.05.2017, 01:02

Moskvada güclü qasırğa: 11 ölü, 137 yaralı, Yenilənib

ARXİV