Modern.az

CIA-nin rəhbəri də Putinə tərəf “YIXILDI”

CIA-nin rəhbəri də Putinə tərəf “YIXILDI”

5 Yanvar 2017, 09:41

ABŞ-la Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşması qolobal sabitliyin təminatı üçün həlledici əhəmiyyət daşıyır.

 

Modern.az saytının xarici KİV-ə istinadla xəbərinə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Brennan belə bəyanatala çıxış edib.

 

O, ABŞ-la Rusiya arasında olan gərgin münasibətlərin yoluna qoyulmasını dəstəklədiyini  və soyuq müharibənin getmədiyini bildirib.

 

“Yeni soyuq müharibənin başlanacağı haqqında danışmaq üçün əsas yoxdur. Ümid edirəm ki, növbəti illərdə Moskva ilə Vaşinqton arasındakı əlaqələr yaxşılaşacaq. Bu, qolobal sabitlik üçün əhəmiyyətlidir”-deyə Brennan qeyd edib.

 

ABŞ kəşfiyyatının başçısı deyib ki, Donald Trampın yeni administrasiyası sayəsində Ağ Evlə Kremlin münasibətlərinin yaxşılaşması şansı var.

 

“Ola bilər ki, ABŞ üçün yeni administrasiya ilə bu imkanlar olacaq. Mən sözsüz ki, buna ümid edirəm”.

 

Qeyd edək ki, 2016-cı ilin 29 dekabrında Obama Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin və Baş Kəşfiyyat İdarəsinin də zabitləri daxil olmaqla, Rusiyanın 9 qurumuna qarşı sanksiya tətbiqini elan edib. ABŞ həmçinin 35 Rusiya diplomatını ölkədən deportasiya edib.

 

Aqşin KƏRİMOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi