Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının 28 dekabr 2016-cı il tarixli qərarına əsasən, universitetdə 13 nəfərdən ibarət İctimai Nəzarət Şurası yaradılıb. Qeyd edək ki, ali təhsil müəssisəsində ictimai iştirakçılığın daha da gücləndirilməsi, şəffaflığın artırılması, universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin səmərəli təşkili məqsədilə yaradılan Şurada qeyri-hökumət təşkilatları və media nümayəndələri, eləcə də təhsil sahəsi üzrə ekspertlər təmsil olunur.
Daha sonra ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Şura üzvləri ilə görüş keçirib. Görüş zamanı təşkilati məsələlərə baxılıb. “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev İctimai Nəzarət Şurasının sədri, təhsil eksperti Nadir İsrafilov sədr müavini, modern.az saytının rəhbəri Elşad Eyvazlı isə Şuranın katibi seçilib.
Universitetdə aparılan islahatlar və tədris prosesinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan Ə.Abdullayev bu istiqamətdə bir sıra vacib qərarların qəbul olunduğunu, mühüm yeniliklərin tətbiq edildiyini diqqətə çatdırıb. ADU-nun bütün kurslarında təhsil alan tələbələrlə, həmçinin professor-müəllim heyəti ilə çoxsaylı görüşlər keçirdiyini deyən Ə.Abdullayev bu görüşlərin qarşılıqlı müzakirə şəraitində keçdiyini, bir sıra maraqlı təkliflərin irəli sürüldüyünü sözlərinə əlavə edib.
Ə.Abdullayev bildirib ki, İctimai Nəzarət Şurasının öz işini səmərəli təşkil etməsi üçün universitetin əsas binasında xüsusi otaq ayrılıb. O, Şura üzvlərinin imtahan sessiyasının gedişini izləməsi üçün hər cür şərait yaradılacağını vurğulayıb.
İctimai Nəzarət Şurasının yaradılmasını yüksək qiymətləndirən Ə.Abdullayev universitetdə ədalətlilik prinsipinin qorunacağını vurğulayıb və bu istiqamətdə birgə əməkdaşlıqdan səmərəli nəticələr əldə olunacağına inandığını söyləyib.
Görüş zamanı tələbələr arasında sorğular keçirilməsi, imtahan sessiyasının gedişində “qaynar xətt”in fəaliyyəti və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Müzakirələrin sonunda İctimai Nəzarət Şurasının fəaliyyət planının hazırlanması ilə bağlı İşçi qrupunun yaradılması barədə qərar qəbul edilib.
Modern.az
İtinin yeməyinə ayda 500 manat xərclənib
Lavrov Nalbandyanı Moskvada qəbul etdi
Sabah Bakıda Formula 1 Azərbaycan Qran-Prisi başlayır
Dünyada heyvanlar üçün ucaldılan qeyri-adi ABİDƏLƏR
Britaniya Azərbaycana ən çox investisiya qoyan ölkədir
Kreml Ermənistandakı vəziyyət haqda AÇIQLAMA verdi
Nazirliyin sosial sığınacaqlarında 167 nəfərə xidmət göstərilib
Gəncədə Mir Cəlal Paşayevin 110 illiyi qeyd olunub
Azərbaycan mehmanxanalarında ən çox gecələyən əcnəbilər - SİYAHI
Zorlama xəbərlərindən həzz alanlar…
Səməd Seyidov AŞPA-da sərt DANIŞDI
Azərbaycanlı deputat AŞPA-da ETİRAZ ETDİ: “Bizə qarşı biabırçı kampaniya təşkil ediblər”
Qorxmaz Hüseynov içməli su və kanalizasiya sistemi ilə bağlı göstərişlər verdi
Aprelin 29-da növbəti sınaq imtahanı keçiriləcək
Deputat AŞPA-da etiraz etdi: “Ermənilər şəhər və kəndlərimizin adını məqsədli şəkildə dəyişdirirlər”
İlahiyyatçı Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyulmasına haqq qazandırdı
Karen Karapetyan baş nazirliyinə namizəd oldu
Füzulidə yas mərasimlərinə çəkilən xərc 10 dəfə azalıb
Cümhuriyyəti devirənlərin aqibəti
Binəqədidə Zərifə Əliyeva ilə bağlı “Məlumat saatı” keçirildi
İlham Əliyev Britaniyada mühüm görüşlər keçirdi
Qəbiristanlıqlar bələdiyyələrə veriləcək
Lütfi Zadənin qəbirüstü abidəsini hazırlayan heykəltəraş: “Tamamilə fərqli olacaq”
Şahbaz Quliyev girovluqdan ailəsinə video göndərdi
Ermənistanda daha 3 nazir və 2 qubernator istefa verdi
İlham Əliyev Böyük Britaniyaya gedib
Qanunsuz ağac kəsən 4 min manat ziyan vurdu
Bakıda qəza oldu, tıxac yarandı - FOTO
Kaliforniyada azərbaycanlılar Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışına toplanacaq
Kreditlə arvad almaq?
Ermənistanın siyasi rəhbərliyi Rusiya ilə məsləhətləşmələr aparır
Deputat sosial işin tədrisinə aid konfransda iştirak edib.
Baş nazir müavinlərinin vəzifə bölgüsü - Kim hansı sahəni kurasiya edəcək...
Merkel İlham Əliyevi təbrik etdi
Sabah havanın temperaturu 27 dərəcəyə YÜKSƏLƏCƏK
Şərh yaz