Modern.az

Milli Məclis Rəqabət Məcəlləsinin müzakirəsinə hazırlaşır

Milli Məclis Rəqabət Məcəlləsinin müzakirəsinə hazırlaşır

5 Yanvar 2017, 12:31

Milli Məclisin tətili yanvarın 15-də başa çatır. Fevral ayının 1-də isə parlamentin yaz sessiyasının ilk iclası keçiriləcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında deyib ki, yaz sessiyasında Rəqabət Məcəlləsi müzakirəyə çıxarıla bilər.

“Biz 2017-ci ildə "Rəqabət Məcəlləsi haqqında" qanun layihəsini qəbul etməliyik. Bu, ölkə başçısının imzaladığı Strateji Yol Xəritəsində də öz əksini tapıb. Rəqabət Məcəlləsinin qəbul edilməsi ölkədə inhisarçılığın, monopoliyanın qarşısını alacaq”-deyə o bildirib.

Deputat xatırladıb ki, vergilərlə əlaqədar parlamentdə çoxlu sayda qanunlar qəbul olunub.

“Həmin qanunların icrasına baxacağıq ki, necə həyata keçirilir. Həmçinin Strateji Yol Xəritəsi təsdiq olunub. Bununla əlaqədar da 2017-ci il ərzində bir sıra qanun layihələri hazırlanacaq və ya müəyyən dəyişikliklər ediləcək”.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir