26 fevral 2017, Bazar
Ana Səhifə - REPORTAJ - Ceyran oğurluğuna görə tutulanlar...  - ARAŞDIRMA
Ceyran oğurluğuna görə tutulanlar...  - ARAŞDIRMA
05.01.2017, 14:04

"...Bəlkə də bu barədə Ekologiya Nazirliyi internetdə məlumat yaymasaydı, onları indiyə qədər buraxardılar" 

 

Ölkə mediasının gündəmini zəbt edən mövzulardan biri də Şirvan Milli Parkından ceyran oğurlayan dəstə üzvlərinin ifşası oldu. Məlumatda qeyd edilirdi ki, dekabrın 23-də Şirvan Milli Parkı rəhbərliyinin apardığı daxili araşdırma nəticəsində mühafizə yegeri Səyyar Nəcəfovun bir baş ceyranı tutaraq həyətyanı sahədə gizlətməsi faktı barədə şübhələr yaranıb. Həmin şəxsin əhatə dairəsinin müəyyənləşdirilməsi, tutulan ceyranın satılmasının qarşısının alınması və kömək məqsədi ilə dərhal Milli Parkın rəhbərliyi Salyan rayon Polis Şöbəsinə məlumat verib...

 

Əslində məsələnin diqqət çəkən əsas tərəfi ondan ibarətdir ki, ceyran ovuna çıxanların ifşasına parkın rəhbərliyi özü maraqlı olub.  Adətən, bu cür əməllər ifşa olunanda, belə qanunsuzluğu törədənlərin arxasında ya rəhbərliyin, yaxud da qoluzorluların durduğu güman edilir.

 

Ceyranı qorumalı olan Şirvan Milli Parkının işçilərinin niyə ceyranı oğurladıqlarını araşdırmaq məqsədilə onların yaşadıqları məkana – Salyan rayonunun Şəkərli kəndinə yollandıq.

 

Bəri başdan qeyd edək ki, Şirvan Milli Parkının beş addımlığında yerləşən Şəkərlidəki həmsöhbətlərimiz ceyran oğurluğunda günahkar şəxslərin əməllərinə bəraət qazandırmasalar da, onların buna imkansızlıqdan  əl atdıqlarını söyləyirlər. Qapısını ilk döydüyümüz Səyyar Nəcəfovun evi oldu. Anası həyətdə oturub Bakıdan yenicə qayıdan kiçik oğlu Şəhriyarla dərdləşirdi. Səyyarın anası oğlunun tutulmasına etirazını bildirsə də, törətdiyi əməlin qanunsuz olduğunu etiraf edir.

Səyyar Nəcəfovun qardaşı Şəhriyar da eyni fikirdədir: “Etməməli idi. Ehtiyac üzündən edib. Ayda 130 manat əmək haqqı alırdı. Evlidir, iki övladı var, evdə ondan başqa işləyən yoxdur. Atamız çoxdan rəhmətə gedib, anam da xəstədir. Sadəcə, maddi vəziyyətinə görə bunu edib".

 

Şəhriyar deyir ki, düzdür, qardaşı dövlətə ziyan vurub, amma bəlkə də bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi internetdə məlumat yaymasaydı, onları indiyə qədər buraxardılar. Anasının və Şəhriyarın bildirdiyinə görə, qardaşı ayın 24-dən Salyan rayon Polis Şöbəsinin saxlanma yerindədir və neçə gündür görüşmək imkanları da olmayıb.

 

Qeyd edək ki, keçirilən əməliyyat nəticəsində Şirvan Milli Parkının mühafizə yegeri Səyyar Nəcəfovun və gözətçi İntiqam Ağasıyevin həyətyanı sahələrindən bir baş diri ceyran, müxtəlif vaxtlarda ovlanmış və aşılanmış bir neçə ədəd ceyran dərisi və buynuzu aşkar olunub. Bu fakt həmin dəstənin üzvlərinə heç cür bəraət yeri qoymur.

 

Amma Səyyarın anası deyir ki, oğlu kənddə kiminsə toyuğuna belə daş atan deyil: “Ancaq bu işdə nəfsinə hakim ola bilməyib. Ailə vəziyyətimizə görə maddi qazanc əldə etmək istəyib. Elə dükan yoxdur ki, Səyyarın borcu olmasın. Çox çətindir”.

 

Kənddə heç kimin toyuğuna daş atmayan Səyyar isə çətinliyini çox "asan" həll edib. “Qırmızı kitab”a düşən ceyranı oğurlamaqla həyatını dəyişəcəyini düşünüb. Bu da ceyrana qıymağın axırı... Amma yenə də fikirləşirsən ki, insan övladı düşdüyü şəraitdə "qarnının quluna" çevrilir. 

  

Maraqlandım, görəsən parkın işçisi, ceyranı qorumalı olan şəxs niyə belə addım atıb, niyə ceyrana qıyıb? Öyrəndim ki, sən demə, həqiqətən də qoruqda çalışan gözətçi və yegerlərin əmək haqqları ölkə səviyyəsində ən aşağı hesab olunur. Ona görə bu işlərə kənardan seçilmiş kadrların gətirilməsi çətindir (130 manat maaşa Şirvan Milli Parkı kimi ucqar bir yerdə ona ən yaxın kəndin adamlarından başqa kim gəlib işləyər? Deməli, məcbursan yaxın kənddən kimisə işə götürəsən). Bu vəzifələrdə əsasən yaxın yaşayış məntəqələrindən olan adamlar işləyir. Təbii ki, onların da heç biri işə girərkən “KQB” də olan kimi 7 qat süzgəcdən keçmir. 1500 manat maaş alan, 7 qat süzgəcdən keçən MTN işçisi quldurluqla məşğul olubsa, heç bir yoxlamadan keçməyən yeger nə qədər dəmir iradəli, nəfsi bütün olmalıdır ki, 130 manat maaşa işləyərək bir də bu cür işə baş qoşmasın.

 

Yenə də onların öz düşüncələri var... Qardaşı deyir ki, “noolub Səyyar adam öldürməyib ki? Sadəcə, ehtiyac üzündən bunu ediblər. Ceyranın birini 100 manata satıblar. Bu pulu 3 nəfər arasında bölüblər. Direktorla münasibətləri yaxşı olub. O özü də gəlmişdi. Dedi ki, “Səyyar mən sənə etibar etmişdim, niyə belə etdin?”

 

Ceyran oğurluğuna görə tutulan digər kənd sakini İslam Rzayevin həyat yoldaşı Şəfayət Rzayeva il yarım əvvəl Şirvan Milli Parkında işləməyə başlayan ərinin arxasınca gedəcək kimsələrinin olmadığını bildirir: “Atası yaşlıdır, Polis Şöbəsinə gedir-gəlir, ancaq hələ ki nəticəsi yoxdur. İslamı yoldan aparıblar, sonradan xəbər tutmuşuq ki, bu məsələyə görə saxlanılıb.”

 

Öyrəndim ki, ceyranlar, adətən hər ilin bu vaxtlarında müəyyən olunmuş layihə çərçivəsində Şirvan Milli Parkından tarixən yaşadıqları ərazilərə köçürülərək təbiətə buraxılırlar və ceyranların tutulması da ona görə həyata keçirilib. Bu barədə nazirliyin məlumatında da bildirilmişdi ki, qoruq müdiri bu prosesdə işçilərdən şübhələnib. Deyilənə görə, gün ərzində  köçürmək üçün uzaqbaşı bir-iki ceyran tutmaq mümkün olur, məsələn, 10 ceyran köçürmək üçün bir neçə gün gözləmək lazımdır. Bundan istifadə edən yegerlər də ceyranı köçürmək üçün tutanda, birini də özləri üçün tutub gətiriblər.

 

Əvvəldə də qeyd etdiyimiz kimi, bu cür əməllər ifşa olunanda bu qanunsuzluğu törədənlərin arxasında ya qoruq rəhbərliyinin, yaxud da qolu zorluların durduğu güman edilir.

 

Salyan rayonundakı etibarlı mənbənin dediklərindən və hadisələrin gedişatından görünür ki, qoruğun rəhbərliyi bu hadisəni ört-basdır etməkdə maraqlı olmayıb, əksinə dərhal polisə müraciət edib və nazirlik tərəfindən açıqlama yayılıb. Deməli, qoruq rəhbəri, necə deyərlər, yerindədir. Bəs, yerində olmayan kimdir? Ceyran əhvalatının arxasında kim dayanır? 

 

...Şirvan Milli Parkındakı ceyran oğurluğu əhvalatı hələ ki bu yerdədir. Salyan rayon Polis Şöbəsində açılan cinayət işinin yekunu necə olacaq? Bunu isə zaman göstərəcək...

 

Azər Hüseynbala
Bakı, Salyan, Şəkərli kəndi

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
26.02.2017, 02:19

Xocalıdakı son toy - Foto

26.02.2017, 01:20

Prezident hər qadına 40 manat 8 mart hədiyəsi verir

26.02.2017, 00:53

Səudiyyə Ərəbistanı İraqa yeni səfir göndərir

26.02.2017, 00:35

Erməni əsirliyində olmuş keçmiş hərbçi 24 ildən sonra öz xilaskarı ilə görüşdü - VİDEO  

26.02.2017, 00:21

Türkiyə parlamentinin Xocalı bəyanatı – EKSKLÜZİV

26.02.2017, 00:17

Yerevanın növbəti Qarabağ TƏXRİBATI Məqsəd NƏDİR?

26.02.2017, 00:12

Piyadalara hücum edən silahlı sürücü güllələnib

26.02.2017, 00:00

25 yaşlı Xocalı soyqırımı - FOTOLAR

25.02.2017, 23:49

Sarayevoda Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçirilib

25.02.2017, 23:35

8 PKK terrorçusu məhv edilib

25.02.2017, 23:16

Koreya liderinin qardaşını öldürən qadına 90 dollar verilib

25.02.2017, 23:14

Ermənistan Azərbaycanın hərbi potensialından qorxuya DÜŞDÜ  

25.02.2017, 23:09

Səfir: “Çox az adam həmin gecədən sağ qaldı ki, o qanlı tarixə şahidlik etsin”  

25.02.2017, 23:00

Kərkükdə neft quyusu partladılıb

25.02.2017, 22:44

Ölkəyə gizli yolla 18 min dollar gətirmək istəyi baş tutmadı

25.02.2017, 22:29

Jurnalist reportajdan sonra minaya düşüb öldü - Video  

25.02.2017, 22:13

Ermənistan səfirliyi qarşısında aksiya - Video

25.02.2017, 21:55

Gəncə sakini alnından bıçaqlanıb

25.02.2017, 21:41

Yük maşını maksimum sürətindən daha artıq sürətlə "radara düşüb" - Video

25.02.2017, 21:27

“Buradan heç yerə gedən deyilik” – Ağdam sakini, Video

25.02.2017, 21:14

Məhsullarımız ilk dəfə “Gulfood 2017” sərgisində

25.02.2017, 20:57

Təxribata yol verən erməni idmançı ilə müqavilə pozulub

25.02.2017, 20:39

"Bu təxribatlar ermənilərin ənənəvi, köhnə taktikalarıdır"

25.02.2017, 20:30

Saxta viza hazırlayan axtarışa verildi

25.02.2017, 20:20

Məktəblilər Bakıda "Xocalı fləşmobu" göstərdilər - FOTOLAR  

25.02.2017, 20:16

Gölün daşması nəticəsində Aşağı Güzdəkdə evləri su basıb

25.02.2017, 20:09

Cocuq Mərcanlıda mərmi və raket gilizi aşkarlanıb

25.02.2017, 20:00

“Hərbi təxribatlar Ermənistan üçün əsas alətə çevrilib" – Bahar Muradova

25.02.2017, 19:01

“Bu qanunsuz "referendum" kimi siyasi təxribatlarının davamıdır” - XİN

25.02.2017, 18:15

Ordumuz düşmənin atəş nöqtəsi və uçuş aparatını məhv edib - VİDEO

25.02.2017, 17:55

Ohanyan: "Ermənistanı ciddi bədbəxtlik gözləyir"

25.02.2017, 17:31

Berlində Xocalı soyqırımının 25-ci ildönümü anılıb

25.02.2017, 17:09

Qarabağdakı döyüşlərlə bağlı mediaya XƏBƏRDARLIQ

25.02.2017, 16:50

Məşhur ekspert cəbhədəki vəziyyət HAQDA: “Qarabağda müharibə qaçılmazdır”

25.02.2017, 16:30

Avstraliyanın Melburn şəhərində Xocalı şəhidləri anıldı – FOTOLAR

ARXİV
SORĞU
“Hansı din xadiminə, dini ekspert və ya ilahiyyatçıya inanırsınız?”
Şeyxülislam Allahşükür Paşazadə(0.24%)
Hacı Sabir Həsənli(0.16%)
Hacı Fuad Nurullayev(0.01%)
Vasim Məmmədəliyev(0.26%)
Rafiq Əliyev(0.11%)
Hacı İlqar İbrahimoğlu(38.3%)
Hacı Şahin Həsənli(57.5%)
Elşad Miri(3.28%)