24 yanvar 2017, Çərşənbə
Ana Səhifə - DÜNYA - Ermənistan ordusunda qadınların sayı artır
Ermənistan ordusunda qadınların sayı artır
05.01.2017, 16:09

Ermənistanda orduya qatılan qadınların sayının artmaqda olduğu, dövlətin də bu tendensiyanın güclənməsinə yardım etdiyi bildirilir.

Modern.az saytı “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Ermənistanın hərbi akademiyasının – Vazgen Sarkisian adına Hərbi Universitetin qadın kursantlardan ibarət ilk qrupu 2013-cü ildə yaradılıb. Elə həmin il hərbi pilotları hazırlayan Aviasiya İnstitutuna da 5 gənc qız qəbul edilib.


2 mindən çox qadın


Mövzu ilə bağlı «Eurasianet» saytınında dərc edilən yazının müəllifi əvvəllər erməni kişilərin qadın kursantlara ciddi yanaşmadıqlarını, amma indi onlarla birgə çalışmağa alışdıqlarını qeyd edir.

Ermənistan parlamentinin oktyabrda qəbul etdiyi proqramda dövlət orduda xidmət edən, ya da orduya qoşulmaq istəyən qadınlara geniş imkanlar yaradılacağını vəd edib. Yeni təyin olunmuş müdafiə naziri Vigen Sarkisian millət vəkillərinə qadınların hərbi təhsilinə və inkişafına şərait yaradılacağını, kişilərlə bərabər hüquqa malik olmasına çalışacağını deyib.
 Noyabrda jurnalistlərlə söhbətində nazir qadınların orduda çox böyük rol oynaya biləcəyini söyləyib:

«Məncə, qadınların orduda, xüsusilə rəhbər vəzifələrdə rolu çox ciddi ola bilər… Onların potensialından yararlanmasaq, səhvə yol vermiş olarıq».

Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, hazırda orduda 2 mindən çox qadın xidmət edir. 2012-ci ildə onların sayı 1400-ə yaxın olub.



Ofis, rabitə işi, tibbi xidmətlər


Ermənistan ordusundakı qadınların çoxu ofis işləri görür, ya da rabitə sahəsində, eləcə də tibbi xidmətlər göstərir. Ancaq son illər döyüş tapşırıqlarına cəlb olunan qadınların, məsələn, qadın minaaxtaranların və snayperlərin sayı artıb. Sayt Ermənistanın Müdafiə Nazirliyinin belə qadınların sayını açıqlamadığını qeyd edir.

Amma, məsələn, Ermənistan ordusunun paraşütlə tullanma üzrə baş təlimçisinin qadın olduğu bəllidir:

Kapitan Kristina Ilikchian. Ermənistanın İctimai Televiziyası bu yaxınlarda onun digər qadın zabitlə birgə kişilərə təlim keçdiyini nümayiş etdirib.

Sayt yazır ki, qadınların orduya cəlbi, əslində, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanian-ın ideyası olub. Onun fikrincə, qadınların iştirakı ordunu sivilləşdirir, nizam-intizamı gücləndirir.

Məhdudiyyətlərə baxılacaq


Müəllif Ermənistan cəmiyyətinin hələ mühafizəkar olduğunu, ev işinin, uşaqlara baxmağın orda da qadının əsas vəzifəsi sayıldığını vurğulayır. Amma 2014-cü ildə yayımlanmağa başlayan bir reklam çarxı qadınları stereotipləri sındırmağa, orduya qoşulmağa çağırırdı.

Hazırda Ermənistan ordusunda qadınların fəaliyyət sahəsiylə bağlı məhdudiyyətlər var. Rəsmilər bu məhdudiyyətləri gözdən keçirəcəklərini, qadınların orduda istədikləri işlə məşğul olmasına imkan veriləcəyini deyiblər. Müdafiə Nazirliyinin qadınların ordudakı mövqelərinin artırılması üzrə planı da var.
«Eurasianet» saytı həmçinin, Qarabağda müharibəyə qatılan erməni qadınların sayı barədə məlumat verilmədiyini yazır. Amma 2015-ci ildə Müdafiə Nazirliyi bir qadın əsgəri azərbaycanlı snayperin vurub öldürdüyünü elan etmişdi.

Sayt Azərbaycan ordusunda da minə yaxın qadının xidmət etdiyini, amma onların döyüşlərə cəlb olunmadığını qeyd edir. Gürcüstanın qadınların orduda rolunu gücləndirməkdən ötrü ciddi tədbirlər gördüyünü vurğulayır.

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
24.01.2017, 17:07

Bakıda 5 marşrutun dayanacağı dəyişdirildi

24.01.2017, 17:02

Prezidentin fərmanı bu insanların həyatını dəyişəcək"

24.01.2017, 16:53

Azərbaycanlı diaspor rəhbəri erməni qızla evləndi - FOTOLAR

24.01.2017, 16:44

“Reklam haqqında” qanuna hansı dəyişiklik olacaq?

24.01.2017, 16:36

Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı artıb

24.01.2017, 16:34

AŞPA-da Qənirə Paşayevadan ÇAĞIRIŞ: "Şəhidimiz və girovlarımız geri qaytarılsın!”

24.01.2017, 16:15

Tanınmış astroloqun 2017-ci üçün 25 PROQNOZU - Azərbaycanda nələr olacaq...

24.01.2017, 15:58

Əhliman Əmiraslanov Elmlər Akademiyasında Ümumi yığıncaq keçirdi

24.01.2017, 15:48

DYP sürücünün yol polisinə niyə yalvardığını araşdıracaq - VİDEO

24.01.2017, 15:47

““WİFİ” parolunu oğurlamaq haramdır”

24.01.2017, 15:45

Sosial şəbəkələri və bloqqerliyi tənzimləyən qanunda nələr yazılacaq?..

24.01.2017, 15:30

Bakıda təqsirləndirilən şəxs özünü DOĞRADI  

24.01.2017, 15:19

Maliyə Bazarlarına Nəzarət Palatası daha hansı bankları bağlatdıracaq? - AÇIQLAMA

24.01.2017, 15:13

Yazıçılar Birliyi film çəkir: “Bu formatda, janrda bir ilkdir”

24.01.2017, 15:09

Dövlət başçılarının xəstəlikləri - Kim nədən əziyyət çəkir? - MARAQLI

24.01.2017, 15:07

İradə İsak efirə qayıdır - “Tor”

24.01.2017, 15:00

Nazirdən polislərə göstəriş: “Arıqlayın!”

24.01.2017, 14:54

Arzu Səmədbəylinin SUSQUNLUĞU

24.01.2017, 14:44

“Köçkünlər üçün bürokratik əngəllər aradan qalxacaq”

24.01.2017, 14:33

Araz Ağalarov: “Xahiş etsəm Tramp mənimlə görüşər, amma tozanaq qopar”

24.01.2017, 14:25

Ərdoğan Azərbaycanla bağlı Protokolu təsdiq edib

24.01.2017, 14:06

Həyatı necə dərk edək - elm, yoxsa fəlsəfə?

24.01.2017, 14:01

Beş mövzu əsasında yazılı imtahan özünü doğrultmursa?..

24.01.2017, 13:52

İcra başçıları Facebook-dan qorxurlar

24.01.2017, 13:47

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 3-cü iclasının vaxtı məlum oldu

24.01.2017, 13:35

Lavrovla Çavuşoğlu Suriya münaqişəsini müzakirə etdilər

24.01.2017, 13:32

Komitə sədri qanunsuz tikililərin artma səbəbindən DANIŞDI

24.01.2017, 13:12

Yol polisi taksi sürücüləri ilə bacara bilmir - Bir həftədə 3000 PROTOKOL

24.01.2017, 13:10

Dövlət Duması Azərbaycanda səyyar iclas keçirəcək

24.01.2017, 13:06

Regional məsələlər komitəsi bu məsələlərə baxacaq – SİYAHI

24.01.2017, 13:01

Türkiyədə atışma: 4 yaralı

24.01.2017, 12:59

Sabahın hava PROQNOZU

24.01.2017, 12:54

Köçkünlərin kommunal xərclərə görə borcları kütləvi hal ala bilər

24.01.2017, 12:48

Fəttah Heydərov: “Prezidentin məcburi köçkünlərə diqqəti göz önündədir”

24.01.2017, 12:45

Xalq artistindən İTTİHAM: “İndiki şit komediyaçılar bayağı tamaşaçı yetişdiriblər”

ARXİV