Modern.az

ABŞ Üsamə bin Ladenin oğlunu axtarır

ABŞ Üsamə bin Ladenin oğlunu axtarır

5 Yanvar 2017, 22:29

ABŞ Dövlət Departamenti Üsamə bin Ladenin oğlunu axtarır. Modern.az  saytı xəbər verir ki, ABŞ bu gün 2011-ci ildə ləğv edilmiş "əl-Qaidə" qruplaşmasının başçısı Üsamə bin Ladenin oğlu Həmzə bin Ladenin adının beynəlxalq terrorçular siyahısına əlavə olunduğunu bəyan edib.

Məlumatda bildirilir ki, o, 14 avqust 2015-ci ildə rəsmən "əl-Qaidə" üzvü elan olunub və sonralar ABŞ-ın ünvanına təhdidlərlə çıxış edib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi