Modern.az

ABŞ-dan "İncirlik" bazası ilə bağlı reaksiya

ABŞ-dan "İncirlik" bazası ilə bağlı reaksiya

6 Yanvar 2017, 00:59

ABŞ Türkiyənin "İncirlik" bazasını bağlaması ilə bağlı məlumata reaksiya verib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, ölkəsinin rəsmi mövqeyini Ağ Evin mətbuat katibi Coş Ernest keçirdiyi brifinq zamanı açıqlayıb.

Onun sözlərinə görə, Amerika hərbçilərinin Türkiyənin "İncirlik" bazasından istifadəsinin mümkün məhdudlaşdırılması Vaşinqtonun İŞİD terror qruplaşması ilə mübarizədə Ankaraya verdiyi dəstəyə mənfi təsir göstərəcək: “Düşünürəm ki, bizim "İncirlik"dən istifadəmizin məhdudlaşdırılması təhlükəsi göstərə biləcəyimiz dəstəyi potensial olaraq poza bilər. Biz bunun baş verməyəcəyinə ümid edirik”.

Qeyd edək ki, Türkiyə baş nazirinin müavini Veysi Kaynak ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Türkiyənin "İncirlik" bazasından istifadəsinin məhdudlaşdırılacağının mümkünlüyünü bildirib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir