Modern.az

Ermənilər “İstisu”da müalicə kompleksi tikmək istəyirlər

Ermənilər “İstisu”da müalicə kompleksi tikmək istəyirlər

6 Yanvar 2017, 09:53

Ermənistan müvafiq qurumları Azərbaycanın işğal altındakı Kəlbəcər rayonundakı məşhur “İstisu” bulağı ətrafında yeni müalicəvi istirahət komleksi yaratmağı planlaşdırır. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu haqda erməni geoloq Akop Mkrtçyan bildirib.
Onun sözlərinə görə, “İstisu” mineral bulağı ətrafında istirahət komleksinin salınması üçün yaxşı perspektiv var və Ermənistanın müvafiq qurumları bu haqda düşünür.
Akop Mkrtçyanın sözlərinə görə, perspektivdə əcnəbi turistlərin kütləvi şəkildə bura cəlb olunması mümkündür.

İşğal altındakı Kəlbəcər rayonunun adını dəyişdirərək “Karvaçar” edən işğalçılar 1992-ci ildən bəri orada qarət və talanla məşğuldurlar. Ermənilər uzun müddətdir ərazidəki qızıl yataqlarını, mineral su və ağac ehtiyatını vəhşicəsinə istismar edirlər.

Xatırladaq ki, işğalı altındakı "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınmışdı.

Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu su dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) oxşarıdır və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir