Modern.az

“Ən çox tamaşaçısı olan veriliş hansıdır?” - SORĞU

“Ən çox tamaşaçısı olan veriliş hansıdır?” - SORĞU

Media

9 Yanvar 2017, 09:29

Azərbaycan telekanallarında özünəməxsus tamaşaçı auditoriyası olan bir sıra verilişlər yayımlanır ki, onların hər birinə fərqli yanaşma, fəqli münasibət var. Bu verilişlər vaxtaşırı ictimai müzakirələrə, gündəmin hadisəsinə də çevrilə bilir. Kimlərsə onları bayağı verilişlər hesab edir, kimlərsə də ciddi...

İstənilən halda bu verilişlərə qonaq qismində can atanların olduğu, onlara çoxsaylı tamaşaçının baxdığı inkarolunmazdır.

Söhbət bəzi şou, əyləncə və sosial yönümlü formata malik verilişlərdən gedir. O verilişlər ki, bir neçə dəfə qalmaqalarla gündəmin trendinə də çevriliblər.

Modern.az saytının budəfəki sorğusu həmin teleproqramlar barədədir.

“Ən çox tamaşaçısı olan veriliş hansıdır?”.
Sorğumuz belə adlanır.

Sorğumuza cavab vermək istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki sağdan aşağıdakı paneldə yerləşdirilmiş cavablara baxıb, səs versinlər...


Səsvermədə aşağıdakı verilişlərin adı yerləşdirilib.

Səni axtarıram”  - Xoşqədəm Hidayətqızı – “Xəzər” TV
“Bizimləsən”  - Zaur Baxşəliyev – ATV
“Sevimli mahnı” – Mikayıl Güləddinoğlu – “Space” TV
“Çıxış yolu” – Nuranə Gülər - “Lider” TV
“5-də 5” - Zaur Kamal – “Xəzər” TV
“Banu” – Günel Həsənzadə - “Space” TV
“Ənənə boxçası” – Leyla Mustafayeva  - “Xəzər” TV
“Çıxış yolu Afət Rahilqızı ilə” – Afət Rahilqızı - ARB

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir