Modern.az

Obamanın prezidentliklə vida gecəsi keçiriləcək

Obamanın prezidentliklə vida gecəsi keçiriləcək

Dünya

6 Yanvar 2017, 11:06

Barak Obama ABŞ prezidentliyi ilə vidalaşmağa başlayır.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunun atributlarından biri Obama ailəsinin Ağ evdə təşkil edəcəyi vida gecəsi olacaq.

 

Vida gecəsi yanvarın 6-da prezident rezidensiyasında keçiriləcək. Dəvətli qonaqlar arasında Obamanın yaxın dostları və prezident seçkiləri kampaniyası zamanı əsas donorlar olacaqlar.

 

Bundan əlavə, ulduz qonaqlar da dəvətlilər arasındadır. Məsələn, iki dəfə Obamanın inauqurasiyasında çıxış edən Beyonse, tanınmış reper Jay-Z vida gecəsinə qatılacaq.

Bu dəstədə bir zaman Ağ evdə çıxış edən Ctivi Uander və müğənni Usher də olacaq.

Kinematoqrafiyanı aktyorlar Semyuel L.Cekson və Bredli Kuper, rejissorlar Cey-Cey Abramsom və Corc Lukasla təmsil edəcəklər.

 

Jurnalistlərdən isə tanınmış aparıcı Opru Uinfri və Qeyla Kinqa dəvət olunublar.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır