Modern.az

AMC telekanalı niyə göstərmir?..

AMC telekanalı niyə göstərmir?..

Media

6 Yanvar 2017, 11:27

Bir neçə gündür ki, Azərbaycanın AMC (Azerbaijan Music Channel”) musiqi telekanalının yayımında problemlər yaranıb. Telekanal demək olar ki, heç yerdə göstərmir.

Modern.az saytı bununla əlaqədar Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə əlaqə saxlayıb.

MTRŞ-dan bildirdilər ki,  kanalın Ümumrespublika televiziya yayımçıları siyahısında adı yoxdur. Ona görə də, bu barədə heç nə deyə bilməzlər.

“Azərkosmos”dan bildirdilər ki, AMC kanalı “Azərspace-1” peyki üzərindən yayımlanır.

“Bizim tərəfdən heç bir problem yoxdur. Ola bilsin ki, kanalın özündə problem var”.

Qeyd edək ki, AMC kanalının baş ofisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşir.

Telekanal Azərbaycan, Rusiya, Türkiyə və Qərb ifaçılarının videokliplərini yayımlayır.



Mirmahmud KAZIMOĞLU

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı