Modern.az

Hansı deputatlara mənzil verilib? - Milli Məclisdən AÇIQLAMA

Hansı deputatlara mənzil verilib? - Milli Məclisdən AÇIQLAMA

Parlament

6 Yanvar 2017, 12:22

Dünəndən bəri mətbuat səhifələrində və sosial şəbəkələrdə 13 deputata pulsuz mənzil verilməsi barədəki xəbər əsas müzakirə mövzusuna çevrilib.  

Ev alan deputatlar arasında Hadi Rəcəbli, Oqtay Əsədov və Bəxtiyar Əliyevin də adı hallanır.


Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında yayılan xəbərlərə tam olaraq aydınlıq gətirib.

“Hadı Rəcəbli  ilə əlaqə saxladım. Onun ev alması xəbəri yalandır. Milli Məclisin spikeri Oqtay Əsədovun da ev alması xəbəri yalandır. Doğru deyil.

Keçmiş deputat, hal-hazırda Milli Məclisin şöbə müdirinin müavini olan Rifət Ağalarovla da əlaqə saxladım. Rifət Ağalarov ev alıb. Təxminən 15 il bundan qabaq, 2004-cü ildə  evi tikən şirkətə öz pulunu ödəyib. Yəni, həmin evi öz pulu ilə alıb. Sadəcə, ev almaq məsələsi bir qədər uzanıb. O da evi bu yaxınlarda alıb”.

Qeyd edək ki, xəbərdə adı çəkilən keçmiş deputat, hüquqşünas Əlməmməd Nuriyev də Modern.az-a açıqlamasında ev almadığını deyib.


Keçmiş deputat, Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov da ev almadığını deyib. O, vaxtilə tikilməkdə olan binadan mənzil almaq üçün “Kat LTD” şirkətinə pul ödədiyini də qeyd edib.

Sabiq deputat, İctimai Televiziyanın keçmiş baş direktoru İsmayıl Ömərov da deyib ki, o, mənzil almayıb.
“Yalandan yazıblar, başqa işlə məşğul olsunlar. 5 ildir haqqımda nə gəldi yazırlar”.




Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir