Modern.az

Buraxılış və qəbul imtahanları birləşdiriləcək?.. - Vurğun Əyyubun ŞƏRHİ

Buraxılış və qəbul imtahanları birləşdiriləcək?.. - Vurğun Əyyubun ŞƏRHİ

6 Yanvar 2017, 13:31

Azərbaycanda ali və orta ixtisas məktəblərinə qəbul üçün hazıda keçirilən test üsulunun yaxın illərdə ləğv olunacağı barədə söz-söhbətlər səngimir. Qeyd olunur ki, perspektivdə ümumtəhsil məktəblərinin buraxılış və ali məktəblərin qəbul imtahanlarının birləşdiriləcəyi gözlənilir. Bunu rəsmilər də qeyri-rəsmi söhbətlərdə söyləyirlər. Buraxılış və qəbul imtahanlarının birləşdirildikdən sonra hansı formada olacağı hamını düşündürür..

Təhsil məsələləri üzrə ekspert, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş sədri Vurğun Əyyubun test üsulunun ləğvinə münasibəti mənfidir.


Bununla bağlı Modern.az-a açıqlamasında o deyib:


“Deyirlər ki, test sualları abituriyentlərin biliklərini tam yoxlaya bilmir. Amma mən belə hesab etmirəm. Hesab edirəm ki, müəllimlər suallar hazırlaya bilmir”.

 

Vurğun Əyyub test üsulu ilə imtahanların keçirilməsinin tərəftarı olduğunu vurğulayıb.

 

“Test sualları qapalı suallardı. Açıq suallarda isə subyektivlik çoxdur. Buna bir müəllim başqa qiymət, digəri isə tam başqa qiymət yaza bilər. Qapalı sualları isə başqa cür qiymətləndirmək mümkün deyil. Çünki, beş variantın birinin cavabı doğrudur”.

 

Ekspert həmçinin ümumtəhsil məktəblərinin buraxılış və ali məktəblərin qəbul imtahanlarının birləşdirilməsi məsələsinə də münasibət bildirib.

 

“Bu yeni bir mövzu deyil. Bu ideya illərdir ki, səsləndirilir. Əslində buraxılış və qəbul imtahanlarının birləşdirilməsində heç bir problem görmürəm. Bu mövzu reallaşarsa, düşünürəm ki, təhsilə müəyyən qədər pozitiv təsir də edə bilər. Abituriyentlərin də müəyyən qədər çətinlikləri azalmış olar. Amma bu, o zaman mümkün olar ki, bu mexanizm dəqiq işlənsin. Abituriyentlərin hansı səviyyədə attestat alacaqları, hansı səviyyədə ali məktəbə daxil olacaqları məlum olmalıdır. Bu mövzular çox dəqiq işlənməlidir”.

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir