Modern.az

Ermənilər hərbçimizin meyitini Yerevana apardılar, şəhidin yeni FOTOLARINI yaydılar

Ermənilər hərbçimizin meyitini Yerevana apardılar, şəhidin yeni FOTOLARINI yaydılar

6 Yanvar 2017, 16:59

Azərbaycan ordusunun hərbçisi Çingiz Salman oğlu Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən Yerevana aparılıb.

 

Modern.az saytı xəbər verir ki, ermənilər bu dəfə də şəhid hərbçimizin Yerevan morqunda çəkilən fotolarını sosial şəbəkədə yayıblar.


Modern.az erməni tərəfinin növbəti dəfə qeyri-humanistlik edərək yaydığı həmin fotoları sosial şəbəkədən əldə etsə də, onu sayta yerləşdirməyi məqbul saymır.

Xatırladaq ki, Çingiz Qurbanov dekbarın 29-da Azərbaycan-Ermənistan təmas xəttinin Tovuz rayonu istiqamətində baş verən döyüş zamanı şəhid olub. Onun cəsədi düşmənin əlinə keçib.

Azərbaycanın çağırışlarına vaxmayaraq düşmən şəhdimizn meyitini qaytarmağa tələsmir…

Qeyd edək ki, 22 yaşında şəhid olmuş Çingiz Salman oğlu Qurbanov Qusar rayonunun Həzrə kəndindəndir. Həzrə kənd orta məktəbini bitirən Ç.Qurbanov Azərbaycan Texniki Universitetinin məzunudur. O, universiteti bu il bitirib. İyul ayında isə Qusar rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılıb.

Çingiz Salman oğlu Qurbanov hərbi xidmətə getməzdən öncə  ailəsi ilə birlikdə Bakıda kirayədə yaşayıb.


Vüqar İSMAYILOV

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir