19 iyun 2018, Çərşənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - Yalançı alimlərin PROQNOZLARI - Barı elmi şouya çevirməyin!
Yalançı alimlərin PROQNOZLARI - Barı elmi şouya çevirməyin!
06.01.2017, 17:33

Yəqin siz də fikir vermisiniz. Bəzi yalançı alimlərin sayı çoxalıb. “Son 100 ilin ən soyuq qışı gəlir” proqnozları ilə elmi səhnədə şou göstərirlər. Şok hava proqnozları ilə effektiv nəticə hasil edəcəklərinə bizi elə inandırıblar ki, hər qış gələndə “yaman soyuq olacaq” deyib dururuq. Qış da çıxanda donvurmadan ölən olmur.

Elmlər Akademiyasının alimi olanda nə olar. Proqnozu da verəndə elə verin ki, inandırıcı olsun. Biz onsuz da qışın şaxtasına, yayın istisinə  tam gücümüzlə hazırıq.

Hiss etmirsiniz ki, dəhşət saçan açıqlamalarınızla bəzilərini “havalarınızın” sehrinə salmısınız?!

AMEA-nın divarları arasından bir balaca uzaqlaşsanız, “son 100 ilin ən soyuq qışı gəlir”  proqnozunuzun yalan olduğuna özünüz də şahidlik edə bilərsiniz.  

Bayırda əsl yaz havası var.

Nə məsələdirsə, sentyabrın axırı, oktyabrın əvvəllərində havalar soyuyub Bakını sellər şəhərinə çevirən kimi, hardansa yalançı alimlər peyda olur. Bir-birinin ardınca “uşaq başı aldadan” proqnozlarını ictimaiyyətin nəzər-diqqətinə çatdırırlar.

Görünür, elə zəmanəyə gəlib çatmışıq ki, alimlərimiz də ekstrasens olmaq eşqinə düşüb.

2016-ci ilin oktyabr ayında payız bir neçə həftə sərt keçdi. Akademiyanın tanınan-tanımayan alimləri, sanki gündəmdə qalmaq xətrinə öncəgörücülük missiyasını  böyük “ustalıqla” üzərlərinə götürdülər.

“Son 50 il”, “son 100 il”,  “son əsr”. Bu qədər də SON olar?!  

NASA alimlərinin proqnozlarından ilhamlanan bəzi yalançı alimlərimiz özləri də bilmədən soyuq proqnozun barıtını çox eləyiblər. Bayırda az qala gül gülü çağırır, bülbül də bülbülü!

Nəhayət, Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) əməkdaşı  Məhərrəm Həsənov sağında, solunda oturan “öncəgörücülərin” yalançı proqnozlarından yaxa qurtarmağın yolunu tapdı.

“Öncədən  havanın soyuq olacağı proqnozunu vermək doğru deyil. Bir alim kimi builki kəskin soyuqlar olacağını söyləyə bilmərəm. 2 ay əvvəldən belə proqnoz vermək ancaq cəsarət tələb edə bilər. Mənə elə gəlir ki, özünə hörmət edən ciddi alim heç vaxt “bu ilin ən soyuq qışı olacaq” proqnozunu verməz”.

Hal-hazırda yanvar ayını yaşayırıq. Havalar da maşallah olsun, normal keçir. Halbu ki, bəzi “alimlərimiz” ilin ən soyuq qışı olacağından dəm vurmuşdular. Özü də 2 ay qabaq.

Yaxşı olar ki, bu məmləkətə alimliyi alim kimi edin. Dəllal kimi yox.

Siyasi, mədəni səhnədə şou göstərənlər çoxdur . Barı elmi şouya çevirməyin!


Namidə BİNGÖL


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dünya Çempionatı-2018: Futbolçuları aparan təyyarə alışdı
19.06.2018, 01:00

Dünya Çempionatı-2018: Futbolçuları aparan təyyarə alışdı

Şamaxıda qohumlar arasında kütləvi dava ...
19.06.2018, 00:46

Şamaxıda qohumlar arasında kütləvi dava ...

Dövlət Sərhəd Xidmətinin əsgəri bədbəxt hadisə nəticəsində öldü
19.06.2018, 00:34

Dövlət Sərhəd Xidmətinin əsgəri bədbəxt hadisə nəticəsində öldü

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı
19.06.2018, 00:16

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı

Dünya Çempionatı-2018: İngiltərə son anda qələbə qazana bildi
18.06.2018, 23:56

Dünya Çempionatı-2018: İngiltərə son anda qələbə qazana bildi

İsveçdə silahlı insident
18.06.2018, 23:33

İsveçdə silahlı insident

İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi tapıldı
18.06.2018, 23:01

İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi tapıldı

Azərbaycan 144 ölkədən mal idxal edib
18.06.2018, 22:44

Azərbaycan 144 ölkədən mal idxal edib

Deputatın saxladığı pələngi müsadirə edib zooparka verdilər - VİDEO   
18.06.2018, 22:31

Deputatın saxladığı pələngi müsadirə edib zooparka verdilər - VİDEO  

Moskvada taksi sürücüsünün vurduğu azərbaycanlılar ...
18.06.2018, 22:14

Moskvada taksi sürücüsünün vurduğu azərbaycanlılar ...

Bakı metrosunda qısa geyinən qızı DÖYDÜLƏR - VİDEO
18.06.2018, 21:56

Bakı metrosunda qısa geyinən qızı DÖYDÜLƏR - VİDEO

Dünya Çempionatı - 2018: Nikola Kaliniç Xorvatiya yığmasından qovulub
18.06.2018, 21:42

Dünya Çempionatı - 2018: Nikola Kaliniç Xorvatiya yığmasından qovulub

Yeni icra başçısının DOSYESİ açıqlandı
18.06.2018, 21:42

Yeni icra başçısının DOSYESİ açıqlandı

Tramp müharibədən danışdı
18.06.2018, 21:27

Tramp müharibədən danışdı

Dünya Çempionatı-2018: Belçika debütantı qol yağışına tutdu - FOTOLAR
18.06.2018, 21:09

Dünya Çempionatı-2018: Belçika debütantı qol yağışına tutdu - FOTOLAR

Tanınmış hüquqşünas faciəli şəkildə öldü – VİDEO
18.06.2018, 20:53

Tanınmış hüquqşünas faciəli şəkildə öldü – VİDEO

Kompüter oyunlarına aludəçilik rəsmi şəkildə xəstəlik kimi tanındı
18.06.2018, 20:43

Kompüter oyunlarına aludəçilik rəsmi şəkildə xəstəlik kimi tanındı

Keçmiş məhkum narkotiklə saxlanıldı
18.06.2018, 20:31

Keçmiş məhkum narkotiklə saxlanıldı

Ağsuda dərəyə aşan avtomobilin sürücüsü öldü
18.06.2018, 20:04

Ağsuda dərəyə aşan avtomobilin sürücüsü öldü

Palata: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır
18.06.2018, 17:58

Palata: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır"

DÇ-2018: İsveç millisi Cənubi Koreyanı məğlub etdi
18.06.2018, 17:50

DÇ-2018: İsveç millisi Cənubi Koreyanı məğlub etdi

Aykut Kocaman “Fənərbağça”dan qovuldu
18.06.2018, 17:38

Aykut Kocaman “Fənərbağça”dan qovuldu

Hökumət Makedoniyanın yeni adı ilə bağlı qanun layihəsini təsdiqlədi
18.06.2018, 17:25

Hökumət Makedoniyanın yeni adı ilə bağlı qanun layihəsini təsdiqlədi

Türkiyə ordusu Mənbicə daxil oldu
18.06.2018, 17:12

Türkiyə ordusu Mənbicə daxil oldu

Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq
18.06.2018, 17:00

Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq

Salyan sakini intihar edib
18.06.2018, 16:52

Salyan sakini intihar edib

“Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir”  
18.06.2018, 16:36

Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir  

Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər
18.06.2018, 16:22

Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər

“Bu ölkədə kişi yoxdur” - Erməni gənc qız Azərbaycanı istəyir - VİDEO
18.06.2018, 16:19

“Bu ölkədə kişi yoxdur” - Erməni gənc qız Azərbaycanı istəyir - VİDEO

Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı
18.06.2018, 16:11

Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı

18.06.2018, 15:48

"Lotu Quli"nin adamları saxlanıldı - ƏMƏLİYYAT

Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb
18.06.2018, 15:36

Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb

Dünya çempionatında  Messiyə göz açmağa imkan verməyən fabrik işçisi - FOTO
18.06.2018, 15:14

Dünya çempionatında  Messiyə göz açmağa imkan verməyən fabrik işçisi - FOTO

“Facebook” uşaqlar üçün bunu  qadağan etdi
18.06.2018, 15:00

“Facebook” uşaqlar üçün bunu  qadağan etdi

Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib
18.06.2018, 14:45

Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(16.0%)
Braziliya(18.3%)
Almaniya(14.9%)
İngiltərə(5.74%)
Portuqaliya(12.6%)
İspaniya(4.59%)
Fransa(4.59%)
Belçika(1.14%)
Seneqal(2.29%)
Rusiya(19.5%)