Modern.az

Yollara yaxın yaşayanlarda ağıl zəifliyi təhlükəsi

Yollara yaxın yaşayanlarda ağıl zəifliyi təhlükəsi

6 Yanvar 2017, 20:53

Nəqliyyatın sıx olduğu yollara yaxın yaşayan insanlarda ağıl zəifliyi (ağlın itirilməsi, ağılsızlıq) xəstəliyinə tutulma riski digərləri ilə müqayisədə daha çoxdur. Modern.az saytı xəbər verir ki, "Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kanadanın Ontario əyalətində alimlərin apardığı araşdırmalar nəticəsində əsas yollara yaxın ərazilərdə yaşamaqla ağlın itirilməsi, parkinson, multiplets skleroz xəstəlikləri arasında bağlantı müəyyən olunub. Həmçinin müəyyən edilib ki, nəqliyyatın sıx hərəkətdə olduğu yollara 50 metr məsafədə yaşayanların ağlın zəifləməsi xəstəliyinə tutulma riski 300 metr məsafədə yaşayanlardan 7 dəfə çoxdur.

Ontario əyalətində 2001-2012-ci illərdə 243 611 nəfərdə ağlın itirilməsi, 31577 nəfərdə parkinson və 9 247 nəfərdə isə multiplets skleroz xəstəliyi qeydə alınıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən,  dünyada ağlın zəifləməsi sindromdan əziyyət çəkənlərin sayı 35,6 milyondur. Bu rəqəm 2030-cu ildə 65,7 milyona, 2050-ci ildə isə 115,4 milyona çatması gözlənilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi