Modern.az

ABŞ-da silahlı insident: 5 ölü, Video, Yenilənib

ABŞ-da silahlı insident: 5 ölü, Video, Yenilənib

7 Yanvar 2017, 09:08

Floridada baş verən atışma nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.

Bu barədə "RİA Novosti" məlumat yayıb.


***

"Fort Lauderdale-Hollywood" beynəlxalq hava limanında yaşanan silahlı insidentdən sonra sərnişinlər dərhal təxliyə ediliblər. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, polis hücum edən şəxs təkbaşına hərəkət etdiyi qənaətindədir.

Florida ştatını Senatda təmsil edən Bill Nelson bildirib ki, hadisənin səbəbi polis tərəfindən yaxalanan şəxsin psixoloji problemi və yaxud bizim ən çox ehtiyatlandığımız terrorçuluq ola bilər.

Xəbər verilir ki, "Fort Lauderdale-Hollywood" beynəlxalq hava limanı gün ərzində 73 min sərnişinə xidmət edir.

 

22:48

 

ABŞ-da növbəti dəfə silahlı insident qeydə alınıb. Modern.az saytı xarici mediya istinadən xəbər verir ki, bu dəfə silahlı insident Florida ştatının Fort-Loderdeyl şəhərində baş verib.

Məlumata görə, naməlum şəxsin hava limanında açdığı atəş nəticəsində azı 5 nəfər ölüb. İnsident zamanı 9 nəfər yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun adı və motivləri hələ ki, açıqlanmır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir