22 iyun 2018, Cümə
Ana Səhifə - REPORTAJ - Amerikanın məşhur azərbaycanlı cərrahı - Ömür hekayəsi… - FOTOLAR
Amerikanın məşhur azərbaycanlı cərrahı - Ömür hekayəsi… - FOTOLAR +
07.01.2017, 09:16

O da Azərbaycanın bütövlüyünü arzulayan aydınlarımızdan biridir. Böyük Azərbaycan sevdalısıdır. Bütün varlığı ilə Azərbaycana, millətinə bağlı adamdır…

Əsilzadələrə xas olan mədəniyyəti, kübar davranışı, iti zəkası ilə minlərlə insanın rəğbətini qazanıb. Onunla həmsöhbət olarkən azərbaycanlı olduğundan mənəvi zövq alırsan…

Əlli dörd ildir ki, ABŞ-da yaşayır. Buna baxmayaraq, fikir və düşüncələrini ana dilində səlist, mükəmməl ifadə edə bilir…

Bəli, o da kifayət qədər maddi imkanları olan yüzlərlə soydaşımızdan biridir, amma maddi imkanlarını milli mənəvi dəyərlərin təbliğinə xərcləməyi bacaran nadir insanlardandır…

Cəsarətli ziyalıdır. 2015-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının iclasında geniş nitq söyləyir. Təqiblərdən qorxmayaraq çıxışında cənubda yaşayan azərbaycanlıların haqlarının İran dövləti tərəfindən kobudcasına pozulduğunu kəskin tənqid edir və bu problemi dünya ictimaiyyətinin nəzərinə çatdırır...

1999-cu ildə öz şəxsi hesabından bir milyon dollar ödəyərək ABŞ-dakı Amerika-Azərbaycan Ticarət Palatası üçün bina alıb. Üç rəngli bayrağımız bu gün də həmin binanın üstündə dalğalanır…

O, 1997-ci ildə xalq artisti, məşhur pianoçu Çingiz Sadıqovun müşayəti ilə Fidan və Xuraman bacılarının ABŞ-da konsertini təşkil edib və ABŞ-ın nüfuzlu orkestrlərindən birini kirayələməklə konsertin bütün maliyyə xərclərini özü ödəyib…

Azərbaycanda bir-neçə dəfə olub. Heç vaxt da əliboş getməyib…

ABŞ-da müasir texnalogiyalara uyğun, yüksək keyfiyyətli, on min tirajla audio disk buraxdıraraq, Bülbülün 100 illiyi münasibəti ilə Bakıda təşkil olunan yubiley tədbirinə hədiyyə edib…

O, 1974-cü ildə ABŞ-ın Miçiqan ştatı, Monro şəhərində yaratdığı özəl xəstəxananı 1994-cü ildən Qocalar evinə çevirib və məhz onun maddi imkanları hesabına orada ahıl yaşlı insanların yaşaması ilə yanaşı, müalicəsi də yüksək səviyyədə təmin olunur. Qırx nəfərlik xidməti personalı olan həmin qocalar evi iki dəfə Miçiqan ştatında birinci yerə çıxıb…

Bu siyahını uzatmaq da olar, amma onun xeyirxah əməlləri saymaqla tükənməz. Kim bilir, Allahla öz arasında sirr kimi qalan neçə-neçə xeyirxah əməlləri var…

Yaş fərqlərinə baxmayaraq Cavad Heyətlə uzun illər dostluq edib və dostunun fəaliyyətinə də biganə qalmayıb, dəfələrlə maddi dəstək göstərib…


Deyir ki, doktor Cavad Heyətlə onları bir-birinə bağlayan Azərbaycan sevgisi olub.


“O da mənim kimi Azərbaycan aşiqi idi. Doktor ömrünün son illərində Azərbaycanda tez-tez olurdu. Heydər Əliyevlə dostluq əlaqələri var idi. Heydər Əliyev ona çox həssas yanaşırdı. Hətta onun tapşırığı ilə Cavadın Bakıda yaşamasına şərait də yaratmışdılar. Bakıya səfərlərimin birində ona təklif etdim ki, Əbülfəz Elçibəylə görüşüb, onu ziyarət edək. O vaxt Elçibəy Kələkidən Bakıya təzə gəlmişdi. Cavad dedi ki, birdən bizim bu ziyarətimiz yaxşı qarşılanmaz. Doğrusu, nə mən, nə də o, Elçibəyi yaxından tanıyırdıq. Amma İran dövlətinin azərbaycanlılara qarşı ögey münasibətini tənqid etməsi, onların hüquqlarının pozulması haqqında dedikləri çox xoşuma gəlmişdi. Dedim, narahat olma, heç nə deməzlər, o da Azərbaycan tarixinin bir parçasıdır. Nədənsə razılaşmadı, özüm gedib Elçibəylə görüşdüm…”.

Ümummilli liderimiz Heydər Əliyev ilk dəfə ABŞ-da olarkən onun Vaşinqtonda, Çikaqoda Azərbaycan diasporu ilə keçirilən görüşlərində yaxından iştirak edib, onunla şəxsən görüşə bilib. Deyir ki, Heydər Əliyevə həmişə rəğbəti olub.


“Hələ sovet dönəmində Moskvada işləyərkən onun varlığından qürur duyurdum. Fəxr edirdim ki, SSRİ kimi nəhəng bir dövlətin başında duran insanlardan biri də Azərbaycan oğludur…”.

O vaxt Azərbaycanın ABŞ-da səlahiyyətli səfiri olmuş Hafiz Paşayevlə bu gün də dostluq əlaqələrini saxlamaqdadı. Deyir ki, Hafiz müəllim yüksək intilektə malik, sözün əsl mənasında ziyalı, insanpərvər, işıqlı şəxsiyyətlərdəndir.


“Çox şadam ki, “Bir səfirin monifesti” kitabında mənə də yer ayırıb…”.

Haqqında söhbət açdığım bu xeyirxah insan- ABŞ-da çox məşhur ürək cərrahı, professor Şapur Ənsaridir. Onunla ABŞ-ın Bloomfield Hill şəhərindəki evində-  Xalq artisti, muğam ustası Alim Qasımovun ötən ilin axırlarında ABŞ-a səfəri zamanı, xalq artistinin gəlişi şərəfinə düzənlədiyi ziyafətdə tanış olduq. Əllidən çox ABŞ-da yaşayan azərbaycanlının iştirak etdiyi bu məclisə məni də dəvət etmişdi…

O, 1936-cı ildə, iyulun 2-də Cənubi Azərbaycanın Marağa şəhərində mülkədar ailəsində dünyaya gəlib.

1956-1963-cü illərdə Tehran Tibb Universitetində ali təhsil alıb. 1963-cü ildə İranda ABŞ-ın səfirliyində təşkil olunmuş müsabiqədən uğurla keçərək bu ölkəyə dəvət alıb. 1963-1968-ci illərdə ABŞ-ın Veysteti Tibb Universitetində ürək cərrahı ixtisasına yiyələnib. 1968-1971-ci illərdə Vaşinqtonda Corc Taun Universitetində təhsilini davam etdirib. 1971-ci ildə Miçiqan ştatının Monro şəhərinə dəvət almaqla həmin şəhərin iki böyük xəstəxanasında həkim-cərrah kimi çalışıb. Tezliklə kardialogiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1980-ci ilədək həmin vəzifədə işləyib.

1980-ci ildə Kanadaya dəvət alaraq bir il orda cərrah kimi fəaliyyət göstərib. 1981-ci ildə Vesqansen ştatının Mirvaki şəhər xəstəxanasında dünyaca məşhur amerikalı ürək-damar cərrahları ilə birlikdə beş il ürək damarlarının dəyişdirilməsi ilə məşğul olub və cərrahiyənin bu sahəsinə mükəmməl yiyələnib. O vaxta qədər dünya səhiyyəsində yalnız həmin xəstəxanada ürək damarlarını dəyişdirə bilirmişlər. Beləliklə o, ABŞ-da bu əməliyyatı apara bilən beş cərrahdan biri olur.

1986-1989-cu illərdə Ohaya ştatında çalışıb.

1989-cu ildə İran İslam Respublikasına dəvət alır, iki il ərzində orada bir neçə mütəxəsis yetişdirməklə ürək damarlarının dəyişdirilməsi cərrahiyyə əməliyyatlarının təməlini qoyur.

1992-ci ildə yenidən ABŞ-a qayıdaraq Miçiqan ştatında çalışır. Ötən bu müddət ərzində o, elmi fəaliyyətlə də məşğul olub, ABŞ-ın müxtəlif universitetlərində bu elmin sirlərini tədris edib, tibb elməri doktoru, professordur…

Deyir ki, İran Azərbaycanında doğulsa da özünü müstəqil Azərbaycanın bir parçası sayır.


“Çünki azddır, millətimin dili dövlət dilidir, insanları ana dilimizdə məktəbə gedir, bu dildə danışır. Harda olsam, hansı mühitə düşsəm də Azərbaycanla fəxr edirəm, azərbaycanlı olduğumdan qürur duyuram…”.

 

 

Elman Eldaroğlu,
ABŞ, Miçiqan ştatı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Baş nazirdən QƏRAR: Bayrağın asılma qaydası dəyişdi
22.06.2018, 09:05

Baş nazirdən QƏRAR: Bayrağın asılma qaydası dəyişdi

Bu gün Dünya Çempionatında daha 3 oyun keçiriləcək - TƏQVİM
22.06.2018, 09:04

Bu gün Dünya Çempionatında daha 3 oyun keçiriləcək - TƏQVİM

Elçibəyin eks-müşaviri Kamran Həsənli: “Həmin gecə Əbülfəz bəyi qaçırıb kənara apardıq” - MÜSAHİBƏ
22.06.2018, 08:52

Elçibəyin eks-müşaviri Kamran Həsənli: “Həmin gecə Əbülfəz bəyi qaçırıb kənara apardıq” - MÜSAHİBƏ

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
22.06.2018, 08:43

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq
22.06.2018, 00:59

Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq

Nazirlər Kabineti ezamiyyə xərclərinin normalarını artırdı
22.06.2018, 00:48

Nazirlər Kabineti ezamiyyə xərclərinin normalarını artırdı

Beş ayda Azərbaycana 7294 avtomobil idxal edilib
22.06.2018, 00:29

Beş ayda Azərbaycana 7294 avtomobil idxal edilib

Azərbaycan neftinin 1 bareli 76 dollara çatır
22.06.2018, 00:13

Azərbaycan neftinin 1 bareli 76 dollara çatır

Dünya Çempionatı-2018: Xorvatiya Argentinaya şans vermədi
21.06.2018, 23:57

Dünya Çempionatı-2018: Xorvatiya Argentinaya şans vermədi

Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi - FOTOLAR
21.06.2018, 23:37

Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi - FOTOLAR

Dünya Çempionatı-2018: Qırmızı vərəqə alan futbolçu ölümlə hədələnir
21.06.2018, 23:20

Dünya Çempionatı-2018: Qırmızı vərəqə alan futbolçu ölümlə hədələnir

“Azərbaycan vətəndaşları qul deyil” - Çingiz Qənizadə:
21.06.2018, 23:06

“Azərbaycan vətəndaşları qul deyil” - Çingiz Qənizadə:

Metroda döyülən şortikli qız axtarılır
21.06.2018, 22:53

Metroda döyülən şortikli qız axtarılır

Gecə klubunda atışma: 2 ölü
21.06.2018, 22:42

Gecə klubunda atışma: 2 ölü

Qardaş türmədə görüşünə gəlməyən qardaşını bıçaqladı
21.06.2018, 22:29

Qardaş türmədə görüşünə gəlməyən qardaşını bıçaqladı

Şəmkirdə musiqiçilər qəzaya düşdü
21.06.2018, 22:14

Şəmkirdə musiqiçilər qəzaya düşdü

Azərbaycanda narkotik istifadəçiləri arasında azyaşlılar da var
21.06.2018, 21:58

Azərbaycanda narkotik istifadəçiləri arasında azyaşlılar da var

Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb
21.06.2018, 21:43

Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb

Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi
21.06.2018, 21:30

Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi

Bakıda körpənin boğazından qəpik belə çıxarıldı - Video
21.06.2018, 21:16

Bakıda körpənin boğazından qəpik belə çıxarıldı - Video

Dünya Çempionatı-2018: Fransaya uduzan Peru üçün də çempionat bitdi - VİDEO
21.06.2018, 20:59

Dünya Çempionatı-2018: Fransaya uduzan Peru üçün də çempionat bitdi - VİDEO

UNEC rektoru Akif Əlizadənin təkliflərini dəstəklədi
21.06.2018, 20:44

UNEC rektoru Akif Əlizadənin təkliflərini dəstəklədi

 “Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirir”-Vaqif Dərgahlı   
21.06.2018, 20:27

 “Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirir”-Vaqif Dərgahlı  

“Qarabağ” bu qapıçıya 600 min ödəməyə hazırdır
21.06.2018, 20:15

“Qarabağ” bu qapıçıya 600 min ödəməyə hazırdır

“Araz” supermarketin işçisinin qətl səbəbi ...
21.06.2018, 20:01

“Araz” supermarketin işçisinin qətl səbəbi ...

Neftçalada 19 yaşlı gənc özünü asdı
21.06.2018, 20:00

Neftçalada 19 yaşlı gənc özünü asdı

Füzulidə raket hissəsi tapılıb - FOTO
21.06.2018, 19:45

Füzulidə raket hissəsi tapılıb - FOTO

BMT-nin qətnamələrinin icrası ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə edilib
21.06.2018, 19:34

BMT-nin qətnamələrinin icrası ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə edilib

Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır
21.06.2018, 19:22

Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ - 100 dollara çatmayacaq
21.06.2018, 19:05

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ - 100 dollara çatmayacaq

Onlar UNEC-i seçir
21.06.2018, 18:51

Onlar UNEC-i seçir

Abşeronda piyadanı avtomobil vurub öldürdü
21.06.2018, 18:49

Abşeronda piyadanı avtomobil vurub öldürdü

Azərbaycanda universitetin girişində sütunlu tavan çöküb
21.06.2018, 18:43

Azərbaycanda universitetin girişində sütunlu tavan çöküb

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi
21.06.2018, 18:39

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi

Sumqayıtda məcburi köçkün ailələri üçün tikilən bina bu il YEKUNLAŞACAQ
21.06.2018, 18:32

Sumqayıtda məcburi köçkün ailələri üçün tikilən bina bu il YEKUNLAŞACAQ

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(15.0%)
Braziliya(24.5%)
Almaniya(11.3%)
İngiltərə(3.14%)
Portuqaliya(11.9%)
İspaniya(4.40%)
Fransa(5.03%)
Belçika(1.88%)
Seneqal(3.14%)
Rusiya(19.4%)