25 iyul 2017, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - Etibar Məmmədova hakimiyyətdə post verilir? - “Baş nazir vəzifəsi elə ağır sahədir ki...”
Etibar Məmmədova hakimiyyətdə post verilir? - “Baş nazir vəzifəsi elə ağır sahədir ki...”
07.01.2017, 13:21

Azərbaycan Milli İstiqlal Partiyasının(AMİP) lideri Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıtmağa hazırlaşdığı, hətta baş nazir olmaq üçün hakimiyyətlə danışığa getdiyi barədə xəbərlər yayılıb.

İddialarda əksini tapan məsələyə - Etibar Məmmədovun hakimiyyətdə ikinci ən yüksək posta təyinat almaq istəməsinə onun özünün cavabı maraqlıdır. Amma E.Məmmədov Modern.az-ın bununla bağlı sualına cavab vermək istəməyib.

Bəs onda kənarda nə düşünülür, Etibar Məmmədovun ikinci dəfə aktiv siyasətə qayıdışı nə vəd edir?

Etibar Məmmədov Baş nazir postu üçün uğurlu kadr ola bilərmi?

Modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.

Keçmiş Baş nazir, eks-deputat Pənah Hüseyn Etibar Məmmədovun siyasətə qayıdışı və hökumət başçısı olmaq üçün hakimiyyətlə danışığa getməsi kimi məsələləri şərh etmək həvəsində olmadığını bildirib.

İqtidarda olan Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov da bu mövzu haqda hər hansı açıqlama vermək istəməyib.

Milli Məclisin deputatı, vaxtilə Baş nazirin 1-ci müavini işləmiş Vahid Əhmədov Etibar Məmmədovun Baş nazir postuna yiyələnməsi və hakimiyyətə qayıdışı barədə bunları deyib.
 

“Etibar Məmmədov istiqlalçı deputatdır. Müstəqilliyin əldə edilməsinə çalışanlardan biri olub. Düzür, Etibar Məmmədovun dilindən Baş nazir olacağı barədə heç nə eşitməmişəm. Qaldı ki, Etibar Məmmədovun hakimiyyətə qayıdışına, məgər, o, siyasətdən gedib?! Etibar Məmmədov siyasətdədir. Sadəcə, onun hakimiyyətə qayıtması barədə özü nəsə deyə bilər. Mən nəsə fikir söyləyə bilmərəm. Bunlar onun öz işidir. Nə planları varsa, özü bilər. 

Baş nazir postu da elə ağır sahədir ki, ona rəhbərlik edən şəxs iqtisadiyyatı daha dərindən bilməlidir. Həm də bu posta təyinat cənab prezidentin səlahiyyətində olan məsələdir. Bildiyiniz kimi, cənab prezident  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrəstrateji yol xəritəsi”ni təsdiq edib. Bunu həyata keçirmək üçün islahatçı hökumətə ehtiyac var. İnanmıram ki, hazırkı hökumət bunun öhdəsindən gələ bilsin. Əgər 10 il ərzində bir iş görülməyibsə, bundan sonra çətin ki nəsə edilsin. Xüsusilə, indiki məqamda çox çətindir. Ölkədə devalvasiya hökm sürür”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Etibar Məmmədovun ikinci dəfə siyasətə qayıdışının uğurlu olacağını düşünmür:

“Hansısa siyasətçinin siyasətdən gedib və siyasətə qayıtmasının çox nadir nümunələri var. Məsələn, Fransada Şarl-De Qol siyasətdən gedib, yenidən siyasətə qayıdıb. Ümumiyyətlə, bir çox dövlətlərdə ikinci dəfə siyasətə qayıdış olub. Mənə elə gəlir ki, ikinci dəfə siyasətə gəlmək birinci dəfə gəlməkdən daha az siyasi nəticələr əldə etməyə imkan verir.  
Hesab edirəm ki, Etibar bəyin təkrar siyasətə qayıtması Azərbaycanda qeyri-adi hadisə olmayacaq. Sadəcə, siyasətə qayıtmaq onun hüququdur. Nə vaxt istəsə, qayıdar. Görünür lider kimi, bir siyasi partiya rəhbəri kimi siyasətə qayıtmasından söhbət gedir.
Mənə elə gəlir ki, Etibar bəy AMİP-in sədrliyindən gedərkən uduzdu. Onun gedişindən sonra Azərbaycanın ən nüfuzlu partiyalarından biri olan AMİP demək olar ki, cəmiyyətdə tanınmayan-bilinməyən partiya səviyyəsinə endi. Etibar bəy siyasətə qayıdacağı təqdirdə AMİP-i əvvəlki vəziyyətinə qaldırması üçün bəlkə də daha çox əziyyət çəkməlidir. Bu da Azərbaycan reallığında o qədər də mümkün görünmür.
O başqa məsələdir ki, Etibar bəy siyasətə qayıdarkən tamamilə fərqli bir simada qayıda bilər. Klassik müxalifətçi kimi yox, iqtidarda müəyyən qüvvələrin ittifaqında qayıdarsa, nəhəng bir güc ortaya qoya və siyasi nəticələr əldə edə bilər”.

 

Namidə BİNGÖL


Anar
08.01.2017, 14:07

...olmus olsa yaxsi olar ...layiqdir ugurlar,,,

Cəmşid- maliyəçi
09.01.2017, 02:53

Bəzən bir kişinin hansısa quruma rəhbərliyə gətirilməsində onun peşəsi önəmli olmur. Önəmli olan onun vətənpərvərliyi və təşkilatçılığıdır. Elə bilirəm ölkədəki sosial iqtisadi vəziyyətin indik halında Cənab Prezidentin Etibar Məmmədovla bağlı təyinatı müsbət olardı.

Cəmşid İrzaquliyev
10.01.2017, 02:10

Bu gün, hər hansı bir strutura rəhbərlik etməkdə ən önəmli faktor, təbii ki, ali təhsil, dünya görüş, vətənpərvərlik, qətiyyət və təşkilatçılıq önəmlidir. Bir də rəhbərliyə gətirildikdə quracağı komanda. Bu faktorlar isə Etibar Məmmədovda ən yüksək səviyyədədir. Ona görə də bu barədə bədbin fikirlər söyləyənlərlə razı deyiləm. Əslində hökümətdə ətalətin höküm sürdüyü bir zamanda Cənab Prezidentə məhz Etibar Məmmədov kimi bir kadr lazımdır. Təbii ki, bu da Cənab Prezidentin səlahiyyətində olan bir iş.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Antalyada partlayış: yaralılar var
25.07.2017, 00:56

Antalyada partlayış: yaralılar var

Ukraynada silahlı insident: 1 ölü, 5 yaralı
25.07.2017, 00:44

Ukraynada silahlı insident: 1 ölü, 5 yaralı

ABŞ Türkiyədən izahat gözləyir
25.07.2017, 00:29

ABŞ Türkiyədən izahat gözləyir

Makronla Merkel Ukraynanı dəstəklədi
25.07.2017, 00:12

Makronla Merkel Ukraynanı dəstəklədi

Oğuz sakini güllələndi
24.07.2017, 23:57

Oğuz sakini güllələndi

Axund işğaldakı məscidin açarlarını 24 ildir özündə saxlayır - VİDEO
24.07.2017, 23:37

Axund işğaldakı məscidin açarlarını 24 ildir özündə saxlayır - VİDEO

İsveçrədə insanlara avtomatik mişarla hücum çəkən şəxs axtarılır
24.07.2017, 23:18

İsveçrədə insanlara avtomatik mişarla hücum çəkən şəxs axtarılır

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır
24.07.2017, 23:04

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır

Mənzil alan jurnalistlərə TƏBRİKİM   
24.07.2017, 22:56

Mənzil alan jurnalistlərə TƏBRİKİM  

Azərbaycanda ən bahalı ixtisaslar  - Video
24.07.2017, 22:49

Azərbaycanda ən bahalı ixtisaslar  - Video

Azərbaycan nefti ucuzlaşdı
24.07.2017, 22:34

Azərbaycan nefti ucuzlaşdı

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  
24.07.2017, 22:29

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  

Xaçmazda azyaşlı piyadanı maşın vurdu
24.07.2017, 22:16

Xaçmazda azyaşlı piyadanı maşın vurdu

“Kişiliyinizi” jenşenə etibar edin - YALNIZ KİŞİLƏR ÜÇÜN
24.07.2017, 22:09

“Kişiliyinizi” jenşenə etibar edin - YALNIZ KİŞİLƏR ÜÇÜN

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü
24.07.2017, 21:51

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü

Reyd zamanı çətin anlar yaşandı - VİDEO
24.07.2017, 21:35

Reyd zamanı çətin anlar yaşandı - VİDEO

Yardımlıda yeni tarixi abidələr aşkarlanıb
24.07.2017, 21:21

Yardımlıda yeni tarixi abidələr aşkarlanıb

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq   
24.07.2017, 21:04

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq  

"Qarabağ torpaqlarının işğalı daim məsuliyyətimizi artırır" - Qurban Qurbanov
24.07.2017, 20:50

"Qarabağ torpaqlarının işğalı daim məsuliyyətimizi artırır" - Qurban Qurbanov

Pakistanda terror qurbanlarının sayı artıb - 25 ölü, Yenilənib
24.07.2017, 20:36

Pakistanda terror qurbanlarının sayı artıb - 25 ölü, Yenilənib

Çimərlikdə faciəvi şəkildə ölən gənc tələbə imiş - FOTO
24.07.2017, 20:20

Çimərlikdə faciəvi şəkildə ölən gənc tələbə imiş - FOTO

Şura daha 9 QHT-yə maliyyə ayırdı
24.07.2017, 20:11

Şura daha 9 QHT-yə maliyyə ayırdı

İlham Əliyevin Macarıstana səfəri gözlənilir   
24.07.2017, 19:10

İlham Əliyevin Macarıstana səfəri gözlənilir  

Regional İnkişaf İctimai Birliyi Tovuzda ödənişsiz tibbi müayinələr təşkil edib
24.07.2017, 19:04

Regional İnkişaf İctimai Birliyi Tovuzda ödənişsiz tibbi müayinələr təşkil edib

Azercell pulsuz “Coding Kids – Summer IT School” layihəsinə başlayıb
24.07.2017, 18:27

Azercell pulsuz “Coding Kids – Summer IT School” layihəsinə başlayıb

700 bal toplayan abituriyentlər təəssüratlarını Modern.az-la BÖLÜŞDÜLƏR - FOTOLAR   
24.07.2017, 18:23

700 bal toplayan abituriyentlər təəssüratlarını Modern.az-la BÖLÜŞDÜLƏR - FOTOLAR  

Zirə-Türkan yolunun tikintisinə 3 milyon manat ayrıldı
24.07.2017, 18:15

Zirə-Türkan yolunun tikintisinə 3 milyon manat ayrıldı

Umud Mirzəyev Qatarda beynəlxalq tədbirə qatılıb
24.07.2017, 18:08

Umud Mirzəyev Qatarda beynəlxalq tədbirə qatılıb

DİN axtarışa verilən borclu vətəndaşlarla bağlı məlumat yaydı - Adları burdan öyrənin   
24.07.2017, 17:57

DİN axtarışa verilən borclu vətəndaşlarla bağlı məlumat yaydı - Adları burdan öyrənin  

“Nalbandyanın Kəlbəcər səfəri dini saxtakarlığa siyasi don geyindirməkdir”
24.07.2017, 17:44

“Nalbandyanın Kəlbəcər səfəri dini saxtakarlığa siyasi don geyindirməkdir”

47 minə yaxın müəllimin ərizəsi təsdiq olunub
24.07.2017, 17:42

47 minə yaxın müəllimin ərizəsi təsdiq olunub

I və IV qrupların imtahan nəticələri açıqlandı - Üç abituriyent 700 bal toplayıb
24.07.2017, 17:36

I və IV qrupların imtahan nəticələri açıqlandı - Üç abituriyent 700 bal toplayıb

Müəllimlər üçün vakant yerlərin yekun SAYI
24.07.2017, 17:24

Müəllimlər üçün vakant yerlərin yekun SAYI

Özbəkistanın tanınmış şairə-tərcüməçisi Sumqayıtın qonağı oldu
24.07.2017, 17:20

Özbəkistanın tanınmış şairə-tərcüməçisi Sumqayıtın qonağı oldu

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 
24.07.2017, 17:13

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(17.3%)
- İmtahanlar bir dəfə keçirilməliydi(4.34%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(52.1%)
- İmtahan testləri çətinləşdirilmişdi(13.0%)
- İmtahanlar asan keçdi(4.34%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(4.34%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(4.34%)